"Neftçi"nin futbolçusu: "Konfrans Liqasındakı matçlar bizim üçün önəmlidir"

"Neftçi"nin futbolçusu: "Konfrans Liqasındakı matçlar bizim üçün önəmlidir"

"Bizim üçün önəmli olan UEFA Konfrans Liqasındakı matçlardır".

"Report"un məlumatına görə, bunu Rusiyada təlim-məşq toplanışında olan "Neftçi"nin futbolçusu Rəhman Hacıyev ağ-qaralar"ın rəsmi televiziyasına açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi hazırlıq prosesinin yaxşı keçdiyini söyləyib: "Təzə-təzə özümüzə gəlməyə başlayırıq. Çünki komandaya sonradan qoşulan oyunçular var idi. Yeniləri də olacaq. Tam hazır deyilik, bir az vaxt lazımdır. Təbii ki, "Matç TV" turniri də vacibdir, amma ən önəmlisi avrokuboklardır. Həmin görüşlərədək tam hazır olacağıq. Bizə də məlumat verdilər, baş məşqçi gələcək. Hələlik vaxtımız var".

Hacıyev ilk iki oyunda qapıçıların zədələnməsinin onlara təsir etdiyini bildirib: "Emil Balayevin sıradan çıxmasına çox pis olduq, Allah ona şəfa versin. Çünki komandaya yeni gəlib və çox həvəsli idi. Aqil Məmmədovun durumu isə artıq yaxşıdır".

Oyunçu "Zenit"ə 1:3 hesabı ilə uduzduqları ilk qarşılaşmanın birinci hissəsində yaxşı oynadıqlarını vurğulayıb. "İkinci yarıda isə güc yox idi. Çünki komanda hazır deyildi. Ona görə də bu, normaldır. "Zenit"in necə komanda olduğu hamıya bəllidir. İkinci oyunda "Srvena Zvezda"ya (Serbiya) 0:4 hesabı ilə uduzduq. "Fənərbağça" ilə görüşə isə başqa cür çıxacağıq. Buna inanıram".

Qeyd edək ki, "Neftçi" iyulun 15-də "Fənərbağça" ilə üz-üzə gələcək. Paytaxt təmsilçisi Konfrans Liqasının II təsnifat mərhələsində "Jelezniçar" (Bosniya və Herseqovina) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə görüşəcək.

Futbol
Millətlər Liqası: Bu gün Ukrayna millisi Şotlandiya ilə qarşılaşacaq

Millətlər Liqası: Bu gün Ukrayna millisi Şotlandiya ilə qarşılaşacaq

Futbol
İspaniyalı baş məşqçi PSJ ilə heç-heçədən sonra istefaya göndərilib

İspaniyalı baş məşqçi PSJ ilə heç-heçədən sonra istefaya göndərilib

Futbol
Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulur

Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulur

Futbol
Çempionlar Liqası: "Araz-Naxçıvan" bu gün Serbiya klubu ilə qarşılaşacaq

Çempionlar Liqası: "Araz-Naxçıvan" bu gün Serbiya klubu ilə qarşılaşacaq

Futbol
Üç futbolçu "Fənərbağça"dan kənarlaşdırılıb

Üç futbolçu "Fənərbağça"dan kənarlaşdırılıb

Futbol
Ukrayna Futbol Assosiasiyasının prezidenti həbs olunub

Ukrayna Futbol Assosiasiyasının prezidenti həbs olunub

Futbol
"Neftçi" xorvatiyalı qapıçıya yeni müqavilə təklif edəcək

"Neftçi" xorvatiyalı qapıçıya yeni müqavilə təklif edəcək

Futbol
Kadi Borges “Qarabağ”dan ayrılıb

Kadi Borges “Qarabağ”dan ayrılıb

Futbol
"Sevilya"nın yeni baş məşqçisi bəlli olub

"Sevilya"nın yeni baş məşqçisi bəlli olub

Futbol
Konfrans Liqası: "Başakşehir" 1/8 finala, "Fiorentina" pley-offa yüksəlib

Konfrans Liqası: "Başakşehir" 1/8 finala, "Fiorentina" pley-offa yüksəlib

Futbol
Polşa millisinin baş məşqçisi istefaya göndərilib

Polşa millisinin baş məşqçisi istefaya göndərilib

Futbol
Avropada xal itirməyənlər: Siyahıda "Qarabağ" da var

Avropada xal itirməyənlər: Siyahıda "Qarabağ" da var