"Neftçi"nin Rusiyadakı turnirdə iştirakı təsdiqlənib

"Neftçi"nin Rusiyadakı turnirdə iştirakı təsdiqlənib

"Neftçi"nin yeni mövsümə hazırlıq planı müəyyənləşib.

Klubdan "Report"a verilən məlumata görə, "ağ-qaralar" təlim-məşq toplanışının birinci mərhələsini iyunun 21-dən 28-dək Bakıda keçəcək. Fiziki hazırlığa həsr olunacaq bu mərhələnin ilk 3 günündə futbolçular tibbi baxışdan keçəndən sonra məşqə qoşulacaqlar.

Təlim-məşq toplanışının ikinci mərhələsi iyunun 29-dan iyulun 19-dək Rusiyada reallaşacaq. Flaqman iyulun 1-dən 15-dək Sankt-Peterburqda təşkil olunacaq ənənəvi “Matç TV” turnirində iştirak edəcək. “Neftçi” turnir çərçivəsində iyulun 1-i Bakı vaxtı ilə saat 20:30-da Rusiyanın “Zenit”, 8-i saat 20:30 Serbiyanın “Srvena Zvezda”, 15-i saat 15:00-da isə Türkiyənin “Fənərbağça” klubu ilə qarşılaşacaq. “Zenit”lə oyun “Qazprom Arena”da, digər iki görüş isə “Smena” stadionunda olacaq.

Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtı Moskvaya yollanaraq "Spartak"la yoldaşlıq oyunu keçirəcək. Bu matç iyulun 18-də “Otkrıtiye Bank Arena”da baş tutacaq. Komanda iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.

Qeyd edək ki, “Neftçi” yeni mövsümdə UEFA Konfrans Liqasında iştirak edəcək. Komanda qitəmiqyaslı yarışa II təsnifat mərhələsindən qoşulacaq. Bu mərhələnin oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək. Rəqibin adına isə iyunun 21-də təşkil olunacaq püşkatma mərasimində aydınlıq gələcək.

Futbol
Haiti millisinin üzvü yenidən Azərbaycanda çıxış edə bilər

Haiti millisinin üzvü yenidən Azərbaycanda çıxış edə bilər

Futbol
“Yuventus” avrokuboklardan uzaqlaşdırıla bilər

“Yuventus” avrokuboklardan uzaqlaşdırıla bilər

Futbol
Emin Mahmudov: "Qarabağ"a qarşı matçlar həmişə maraqlı olur"

Emin Mahmudov: "Qarabağ"a qarşı matçlar həmişə maraqlı olur"

Futbol
Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq

Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq

Futbol
Messi: “Bəhanəmiz yoxdur"

Messi: “Bəhanəmiz yoxdur"

Futbol
Regekampf "Styaua"nın sükanı arxasına əsas namizədlərdən biridir

Regekampf "Styaua"nın sükanı arxasına əsas namizədlərdən biridir

Futbol
Rusiya Kubokunun oyunu səfərbərliyə görə baş tutmaya bilər

Rusiya Kubokunun oyunu səfərbərliyə görə baş tutmaya bilər

Futbol
Samir Abasov: "Əhval-ruhiyyəmiz yaxşı deyildi"

Samir Abasov: "Əhval-ruhiyyəmiz yaxşı deyildi"

Futbol
Kadi Borgesin “Krasnodar”da maaşı bəlli olub

Kadi Borgesin “Krasnodar”da maaşı bəlli olub

Futbol
Mahir Emreli "Dinamo"nun heyətində növbəti qələbəyə sevinib

Mahir Emreli "Dinamo"nun heyətində növbəti qələbəyə sevinib

Futbol
Qurban Qurbanov: "Qəbələdə oynamaq asan deyil"

Qurban Qurbanov: "Qəbələdə oynamaq asan deyil"