ACF-in baş katibi: "Dünya çempionatında hər çəkidə medal gözləyirik"

ACF-in baş katibi: "Dünya çempionatında hər çəkidə medal gözləyirik"

"İctimaiyyət üçün açıqlamasaq da, öz hədəfimiz var. Kişilərdə hər çəki dərəcəsində medal gözləyirik. Hər cüdoçumuzun medal potensialı var, amma əyarı deyə bilmərik".

Bunu "QELEBE.AZ"a müsahibəsində Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək mundialla bağlı danışarkən deyib.

ACF rəsmisi cüdoda istənilən nəticələrin qeydə alına biləcəyini söyləyib: "Vazari ilə öndə olan idmançı kiçik səhv nəticəsində ippona düşə bilər. Hər çəki dərəcəsindəki təmsilçimiz lider idmançılardan hesab olunur. Qızlardan da yaxşı mübarizə gözləyirik. Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyevanın (52 kq) yaxşı hazırlıq keçdiyinə əminəm. Onlar müəyyən sürprizlər edə bilərlər. Ən azı, 1/4 finalda və ya final blokunda çıxışlarını gözləyirik. Neçə medal qazanacağımızı tatami göstərəcək".

Rəsullu 9 ildən sonra Azərbaycan cüdoçularından mundialda qızıl medal gözlədiklərini sözlərinə əlavə edib: "Biz və bütün cüdo ailəsi də bunu gözləyir. İndiyədək böyüklər arasında cəmi bir dünya çempionumuz olub. O da Elxan Məmmədovdur. İdmançıların bu statistikanı dəyişmək üçün mundialda əllərindən gələni edəcəklərinə əminəm".

Qeyd edək ki, Daşkənddəki dünya çempionatı 6 - 12 oktyabrda olacaq.

Rəşad Rəsullunun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Fərdi
Mahir Məmmədov Avropa çempionatında medal qazanan şahmatçılarla görüşüb

Mahir Məmmədov Avropa çempionatında medal qazanan şahmatçılarla görüşüb

Fərdi
Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 medal qazanıb

Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 medal qazanıb

Fərdi
İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini açıqlayıb

İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini açıqlayıb

Fərdi
Azərbaycan cüdoçuları dünya çempionatına hazırlığın son mərhələsinə başlayıb

Azərbaycan cüdoçuları dünya çempionatına hazırlığın son mərhələsinə başlayıb

Fərdi
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabatı keçirilib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabatı keçirilib

Fərdi
Alfonso Dominges: “Kubada qalsaydım, bir nömrə olardım”

Alfonso Dominges: “Kubada qalsaydım, bir nömrə olardım”

Fərdi
Göygöldə region cüdoçuları üçün təlim-məşq toplanışı təşkil edilib

Göygöldə region cüdoçuları üçün təlim-məşq toplanışı təşkil edilib

Fərdi
Dünya çempionatı: Gövhər Beydullayeva üçün formal tur, iki təmsilçimiz xalı yarı bölüb

Dünya çempionatı: Gövhər Beydullayeva üçün formal tur, iki təmsilçimiz xalı yarı bölüb

Fərdi
Azərbaycanın olimpiya mükafatçısı karyerasını bitirib

Azərbaycanın olimpiya mükafatçısı karyerasını bitirib

Fərdi
İran şahmatçısı: "Şuşadakı yarışda iştirak etdiyim üçün çox şadam"

İran şahmatçısı: "Şuşadakı yarışda iştirak etdiyim üçün çox şadam"

Fərdi
Azərbaycan millisinin sabiq güləşçisi UFC ilə müqavilə imzalayacaq

Azərbaycan millisinin sabiq güləşçisi UFC ilə müqavilə imzalayacaq

Fərdi
Elnur Məmmədli: "Bu ada layiq görülmək mənim üçün qürur və məsuliyyətdir"

Elnur Məmmədli: "Bu ada layiq görülmək mənim üçün qürur və məsuliyyətdir"