AAF sürətli idman avtomobillərinin Lənkərana yürüşünü təşkil edib

AAF sürətli idman avtomobillərinin Lənkərana yürüşünü təşkil edib

İyunun 10-da Azərbaycan Avtomobil Federasiyası (AAF) ölkəmizdə avtomobil idmanının təşviqi istiqamətində daha bir layihə həyata keçirib və Bakıdan Lənkərana sürətli idman avtomobillərinin yürüşü təşkil olunub.

AAF-dan "QELEBE.AZ"a bildirilib ki, Bakı-Lənkəran marşrutu üzrə keçirilən yürüş səhər saatlarında Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb. Yürüşdə Avtomobil Federasiyasında bu tədbir üçün qeydiyyatdan keçmiş idman avtomobilləri iştirak edib. Eləcə də layihənin sponsorları olan avtomobil dillerləri tərəfindən də təqdim olunan sürətli idman avtomobilləri yürüşə qatılıb. Qeyd edək ki, layihənin baş sponsoru Nazar Holdings, eləcə də sponsorlar - Lamborghini Baku, Ferrari Baku, Lankaran Springs, Premium Bank, Karabakh Motors, GreenCar şirkətləridir.

Gözəl görüntüyə malik və xüsusilə də gənclər arasında böyük marağa səbəb olan sürətli idman avtomobillərini paytaxt sakinləri və şəhərimizin qonaqları yürüşün başladığı məkandan - Heydər Əliyev Mərkəzinin qarşısında da izləyə biliblər. İdman avtomobilləri Bakının cəlbedici məkanlarından keçərək Lənkərana yola düşüb.

Lənkəranda iştirakçılar üçün AAF tərəfindən xüsusi maarifləndirici və əyləncəli proqram hazırlanmışdı.

“Yürüş iştirakçıları Lənkəranda Heydər Əliyev adına parkda təşkil edilən “Avropa şəhərciyində” də olublar. Burada qonaqlar Avropa İttifaqı ölkələri, onların tarixi, mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olmaq imkanı əldə edib.

AAF pilotlarının iştirakı ilə Lənkəran şəhərində drift şou da keçirilib. Avtomobilin idarə olunan sürüşməsi, həyəcan səsi ilə cəlb edən drift şou avtomobil həvəskarlarına adrenalin dolu hisslər yaşadıb.

Daha sonra isə Azərbaycan Avtomobil Federasiyasının yürüş iştirakçıları üçün hazırladığı əyləncə proqramı təqdim olunub.

“Ən çox bəyənilən avtomobil” və “Ən maraqlı geyim tərzi” nominasiyaları üzrə seçilən iştirakçılar mükafatlandırılıb.

Yürüş iştirakçıları viktorinaya qoşularaq avtomobillər haqqında sualları da cavablandırıblar. Qaliblərə AAF və tədbirin sponsorları tərəfindən hədiyyələr verilib.

Lənkərana avtomobil yürüşü çərçivəsində Azərbaycan Avtomobil Federsiyasının əməkdaşları Lənkəran Şəhər Qarışıq Tipli Uşaq Evini də ziyarət edib, müxtəlif yaş qruplarından olan uşaqları hədiyyələrlə sevindirib, həm də onlar üçün nahar yeməyi təşkil edib. AAF tərəfindən Uşaq Evinə müxtəlif zəruri məişət avadanlıqları da verilib.

Eləcə də AAF Lənkəran şəhəri üzrə bütün şəhid və qazi ailələrinə, ümumilikdə 130 ailəyə sovqat payı göndərib.

Qeyd edək ki, Azərbaycan Avtomobil Federasiyasının əsas fəaliyyət istiqamətlərinə ölkəmizdə yol hərəkəti təhlükəsizliyinin təmini, avtomobil idmanının və avtomobil turizminin inkişafı, təhlükəsiz, ekoloji təmiz nəqliyyat vasitələri ilə hərəkət etmək azadlığının təbliği və təşkili, Azərbaycanda avtomobil sənayesinin inkişafına dəstək, müxtəlif növ avtomobil yarışlarının təşkili, peşəkar pilotların hazırlığına və onların beynəlxalq yarışlara qatılmasına dəstək kimi məsələlər daxildir.

Son illərdə AAF ölkəmizdə avtomobil idmanının inkişafı istiqamətində bir sıra layihələr keçirir. Bunların sırasında Offroad avtomobillərinin iştirakı ilə keçirilən layihələri, o cümlədən gənclər arasında kartinq yarışları, V1 challenge avtomobil yarışlarını və digərlərini qeyd etmək olar.

Fərdi
Bakıdakı Dünya Kubokunun biletləri satışa çıxarılıb

Bakıdakı Dünya Kubokunun biletləri satışa çıxarılıb

Fərdi
Azərbaycan yığmasının baş məşqçisi: “Hər kəs işin ciddiyyətinin fərqindədir”

Azərbaycan yığmasının baş məşqçisi: “Hər kəs işin ciddiyyətinin fərqindədir”

Fərdi
"Shusha Chess 2022": Məmmədyarov maksimum nəticə ilə vahid lider olub

"Shusha Chess 2022": Məmmədyarov maksimum nəticə ilə vahid lider olub

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu bürünc medal görüşündə qarşılaşacaqlar

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu bürünc medal görüşündə qarşılaşacaqlar

Fərdi
Avropa çempionatında tarixi uğur: Azərbaycanın iki qadın şahmatçısı medal qazanıb

Avropa çempionatında tarixi uğur: Azərbaycanın iki qadın şahmatçısı medal qazanıb

Fərdi
Elxan Məmmədov: "Bu gün hər bir cüdoçudan medal gözləyirəm"

Elxan Məmmədov: "Bu gün hər bir cüdoçudan medal gözləyirəm"

Fərdi
İran şahmatçısı: "Şuşadakı yarışda iştirak etdiyim üçün çox şadam"

İran şahmatçısı: "Şuşadakı yarışda iştirak etdiyim üçün çox şadam"

Fərdi
Azərbaycan Gimnastika Federasiyası yenidən qurulmasının 20 illiyini qeyd edir

Azərbaycan Gimnastika Federasiyası yenidən qurulmasının 20 illiyini qeyd edir

Fərdi
BŞH: "Azərbaycan Qran-prisində sprint yarışının keçirilməsi hələlik təsdiqlənməyib"

BŞH: "Azərbaycan Qran-prisində sprint yarışının keçirilməsi hələlik təsdiqlənməyib"

Fərdi
Dünya çempionatı: Sərbəst güləşçilər mübarizəyə başlayır, Mirzəzadə final görüşünə çıxacaq

Dünya çempionatı: Sərbəst güləşçilər mübarizəyə başlayır, Mirzəzadə final görüşünə çıxacaq

Fərdi
Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə milli Vətənə qayıdıb

Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə milli Vətənə qayıdıb

Fərdi
AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb