EOC prezidenti: "Azərbaycan Avropa Oyunlarının necə keçirilməli olduğunu göstərdi"

EOC prezidenti: "Azərbaycan Avropa Oyunlarının necə keçirilməli olduğunu göstərdi"

"Azərbaycan Avropa Oyunlarının necə keçirilməli olduğunu göstərdi".

"Report"un məlumatına görə, bunu Bakıda səfərdə olan Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Spiros Kapralos jurnalistlərə açıqlamasında deyib.

Funksioner bildirib ki, bu yarışın tarixi məhz Bakıda başlayıb: "Məhz burada Avropa Oyunlarının atəşi alovlandı. Biz hər zaman azərbaycanlı qardaşlarımızın dəstəyini hiss edirik".

EOC rəhbəri sözlərinə görə, Azərbaycan gələcəkdə də bu yarışın təşkilinə namizədliyini verə bilər: "Ölkədə bunun üçün çox güclü infrastruktur var. Bakıda keçirilən ilk Avropa Oyunlarını xatırlayıram, hər şey - arena, azarkeşlər əla idi. Azərbaycan dünya səviyyəli turnirlər təşkil etməklə hələ də ən yüksək zirvədədir. Ötən həftə burada Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın ziyarət etdiyi taekvondo üzrə dünya çempionatı başa çatıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan istənilən yarışın öhdəsindən gələ bilər".

O, IV Avropa Oyunlarına ev sahibliyi edəcək ölkənin hələ müəyyənləşmədiyini söyləyib: "Bu məsələ gündəmdə qalmaqda davam edir. Azərbaycan yarışın təşkili ilə bağlı elə irs qoyub ki, sonrakı ev sahibləri ən azı Bakıdakı standartlara cavab verməyə çalışırlar".

Kapralos deyib ki, III Avropa Oyunlarının proqramında dəyişiklik edilsə də, strategiya dəyişməz olaraq qalır: "3x3 basketbol və karatenin Bakının proqramına necə daxil edildiyini xatırlayıram. Hər iki növ sonradan Olimpiadanın bir hissəsi oldu. Buna görə də Avropa Oyunları bir çox növlərin özünü yeni səviyyədə ifadə etməsi üçün bir şansdır. Krakovda bir sıra idman növləri üzrə lisenziyalar, digərlərində reytinq xalları oynanılacaq ki, bu da Paris Olimpiadası ərəfəsində iştirakçılar üçün yaxşı kömək olacaq".

Avropa Olimpiya Komitələrinin prezidenti Azərbaycanın III Avropa Oyunlarında güclü komanda ilə təmsil olunacağını vurğulayıb: "Bilirəm ki, idmançılarını yüksək yerlər uğrunda mübarizə aparacaqlar”.

Azərbaycan Badminton Federasiyasının "fair-play" mükafatına layiq görülməsinə də toxunan Kapralos bunu böyük nailiyyət adlandırıb: "Önəmli olan yalnız idman deyil. Həm də Olimpiya dəyərləri və ideyalarını qoruyub saxlamaqdır. Azərbaycan Badminton Federasiyasını bu böyük uğur münasibətilə təbrik edirəm. İnanıram ki, bu cür davam edəcəklər".

Fərdi
Dünya çempionatı: Sərbəst güləşçilər mübarizəyə başlayır, Mirzəzadə final görüşünə çıxacaq

Dünya çempionatı: Sərbəst güləşçilər mübarizəyə başlayır, Mirzəzadə final görüşünə çıxacaq

Fərdi
Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Fərdi
"Tata Steel İndia": Şəhriyar Məmmədyarov ikinci gündə qələbəsiz qalıb

"Tata Steel İndia": Şəhriyar Məmmədyarov ikinci gündə qələbəsiz qalıb

Fərdi
IBA Rusiya və Belarus boksçularının beynəlxalq yarışlarda iştirakına qoyulan qadağanı ləğv edib

IBA Rusiya və Belarus boksçularının beynəlxalq yarışlarda iştirakına qoyulan qadağanı ləğv edib

Fərdi
Uşaqlar üçün ustad dərsi keçirilib

Uşaqlar üçün ustad dərsi keçirilib

Fərdi
"Avstraliya Açığ"ın mükafat fondu rekord həddə çatacaq

"Avstraliya Açığ"ın mükafat fondu rekord həddə çatacaq

Fərdi
Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçilərinin rəqibləri müəyyənləşib

Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçilərinin rəqibləri müəyyənləşib

Fərdi
Ocaq Kubokuna hazırlıq məqsədilə yoxlama məşqi keçirilib

Ocaq Kubokuna hazırlıq məqsədilə yoxlama məşqi keçirilib

Fərdi
Bakıda beynəlxalq güləş turnirinə yekun vurulub

Bakıda beynəlxalq güləş turnirinə yekun vurulub

Fərdi
Səid Mollayi: "Karyeramı bitirdikdən sonra hakimliyə başlayacağam"

Səid Mollayi: "Karyeramı bitirdikdən sonra hakimliyə başlayacağam"

Fərdi
Azərbaycan güləşçisi: "Atamın nəticəsini təkrarlamaq istəyirəm"

Azərbaycan güləşçisi: "Atamın nəticəsini təkrarlamaq istəyirəm"

Fərdi
İlqar Rəhimov İslamiadadan qayıdan paralimpiyaçılarla görüşüb

İlqar Rəhimov İslamiadadan qayıdan paralimpiyaçılarla görüşüb