Boks üzrə Azərbaycan milliləri Avropa Oyunlarına son hazırlıqları İtaliya və Türkiyədə keçir

Boks üzrə Azərbaycan milliləri Avropa Oyunlarına son hazırlıqları İtaliya və Türkiyədə keçir

Kişi və qadın boksçulardan ibarət Azərbaycan milli komandaları III Avropa Oyunlarına hazırlığın son mərhələsinə start veriblər.

Federasiyadan apasport.az saytına verilən məlumata görə, hər 2 yığma təlim-məşq toplanışını ölkə xaricində keçir.

Baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərliyi altında 9 boksçumuz İtaliyanın Assizi şəhərində hazırlığa başlayıb. Çalışdırıcılar yekun heyəti müəyyənləşdirmək üçün toplanışa Məsud Yusifzadə, Nicat Hüseynov (hər ikisi 51 kq), Ümid Rüstəmov (57 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (86 kq) və Məhəmməd Abdullayevi (+92 kq) cəlb ediblər.

Komandamız Assizidə İtaliya, Avstriya, Belçika, Serbiya, İrlandiya, Böyük Britaniya, Niderland, Estoniya, Finlandiya və Slovakiya ilə birgə hazırlıq keçir.

Baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayevin rəhbərlik etdiyi qadınlardan ibarət milli komanda isə Türkiyənin Kastamonu şəhərində məşqləri davam etdirir. Hazırlıqda Mehparə Məmmədova (48 kq), Anaxanım İsmayılova (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) iştirak edirlər. Kastamonudakı toplanışda təmsilçilərimiz Türkiyə və Cənubi Koreya ilə birgə hazırlıq keçir.

Hər 2 yığma iyunun 16-da Bakıya dönəcək.

Qeyd edək ki, Polşada keçiriləcək Avropa Oyunlarında boks yarışları iyunun 23-dən iyulun 2-dək “Novi Tarq Arena” baş tutacaq.

Döyüş növləri
Beynəlxalq turnirdə finala yüksələn Azərbaycan boksçularının sayı 5-ə çatıb

Beynəlxalq turnirdə finala yüksələn Azərbaycan boksçularının sayı 5-ə çatıb

Döyüş növləri
FHN-in karate komandasının üzvləri Dünya çempionatında uğur qazanıb

FHN-in karate komandasının üzvləri Dünya çempionatında uğur qazanıb

Döyüş növləri
Namiq Əliyev növbəti dəfə UWW-nin Büro üzvü seçilib

Namiq Əliyev növbəti dəfə UWW-nin Büro üzvü seçilib

Döyüş növləri
Azərbaycan boksçuları Millətlər kubokunda mübarizə aparacaq

Azərbaycan boksçuları Millətlər kubokunda mübarizə aparacaq

Döyüş növləri
Avropa çempionatının finalçısı mərhələ adlayıb

Avropa çempionatının finalçısı mərhələ adlayıb

Döyüş növləri
Azərbaycan boksçularının Avropa çempionatında ilk rəqibləri müəyyənləşib

Azərbaycan boksçularının Avropa çempionatında ilk rəqibləri müəyyənləşib

Döyüş növləri
Azərbaycanın 17 taekvondoçusu Avropa birinciliyində iştirak edəcək

Azərbaycanın 17 taekvondoçusu Avropa birinciliyində iştirak edəcək

Döyüş növləri
Avropa birinciliyində son 15 ilin uğuruna imza atan taekvondoçularla görüş olub - FOTOLENT

Avropa birinciliyində son 15 ilin uğuruna imza atan taekvondoçularla görüş olub - FOTOLENT

Döyüş növləri
Azərbaycan taekvondoçuları Eyndhovendə 7 medal qazanıb

Azərbaycan taekvondoçuları Eyndhovendə 7 medal qazanıb

Döyüş növləri
Azərbaycanın 3 boksçusu ABŞ-da beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın 3 boksçusu ABŞ-da beynəlxalq turnirdə finala yüksəlib

Döyüş növləri
Azərbaycan birinciliyində 4 çəki dərəcəsində 1/4 finalçılar bəlli olub

Azərbaycan birinciliyində 4 çəki dərəcəsində 1/4 finalçılar bəlli olub

Döyüş növləri
Azərbaycan boksçusu Avropa çempionu olub

Azərbaycan boksçusu Avropa çempionu olub