Azərbaycan çempionunun vitse-prezidenti: “Daxili yarışlardakı uğurlarla kifayətlənmirik”

Azərbaycan çempionunun vitse-prezidenti: “Daxili yarışlardakı uğurlarla kifayətlənmirik”

“Araz-Naxçıvan” ancaq daxili yarışlarda qazanılan uğurlarla kifayətlənmir”.

“QELEBE.AZ” xəbər verir ki, bunu “Araz-Naxçıvan” futzal klubunun vitse-prezidenti Mahmud Sadıqov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

M.Sadıqov ölkə çempionunda edilən baş məşqçi dəyişikliyinin səbəbini açıqlayıb: “Klubdaxili iclas keçirildi. İdman-direktoru Marat Salyanski və digər əməkdaşlarla ötən mövsümü dəyərləndirdik. Qərara gəldik ki, baş məşqçi postunda dəyişiklik edək. Uzun müddət komandamızın sükanı arxasında olmuş Joze Alesio Da Silvaya xidmətlərinə görə təşəkkür edirik. Həqiqətən də, komandamız onun rəhbərliyi altında bir neçə uğur qazanıb. 2010-cu və 2014-cü illərdə UEFA kubokunun (indiki Çempionlar Liqası) “Dördlər finalı”ında iştirak etdik və hər iki mövsümdə bürünc medal qazandıq. Bu dəfə yerli məşqçilərdən birinə güvənmək və yeni səhifə açmaq qərarına gəldik. Vitali Borisovu uzun müddətdir tanıyırıq, futzalçı kimi komandamıza və futzalımıza faydası çox olub. Məşqçi kimi də bir neçə komandada çalışıb, qabiliyyətinə, nəyə qadir olduğuna bələdik. Bu dəfə ona şans verməklə futzalçı kimi hər zaman uğurlu çıxışı ilə yadda qalan Borisovun məşqçi kimi də zirvələrə çatmasını, azarkeşlərin yenidən sevimlisinə çevrilməsini istəyirik”.

Klub rəsmisi yeni baş məşqçinin qarşısına qoyulan hədəflər barədə də məlumat verib: “Klubumuzun öz strategiyası, tələbləri, hədəfləri var. Baş məşqçimiz də bunu bilir. Onunla görüş zamanı tələblərimizi diqqətinə çatdırdıq. Bu dəfə UEFA Çempionlar Liqasında yaxşı nəticə ilə əvvəlki nüfuzumuzu geri qaytarmaq istəyirik. Planlarla, heyətdə hansı dəyişikliklərin olacağı ilə bağlı baş məşqçi yaxın günlərdə bizə məlumat verəcək, biz də klubun imkanları daxilində ona ən yaxşı şəraiti yaratmağa çalışacağıq. Hər zaman mehriban və iddialı kolletivimiz olub. Çalışacağıq ki, bu tendensiya davam etsin”.

Qeyd edək ki, Vitali Borisov “Araz-Naxçıvan”la 1 illik müqavilə imzalayıb.

Futbol
Yaşar Vahabzadə: "İstefama əsas səbəb ardıcıl 4 məğlubiyyət oldu"

Yaşar Vahabzadə: "İstefama əsas səbəb ardıcıl 4 məğlubiyyət oldu"

Futbol
Əliyar Ağayevin atası: "O, çox tələbkar olmalıdır ki, yaxşı təyinatlar alsın"

Əliyar Ağayevin atası: "O, çox tələbkar olmalıdır ki, yaxşı təyinatlar alsın"

Futbol
Millətlər Liqasında "Dördlər finalı"nın keçiriləcəyi ölkə açıqlanıb

Millətlər Liqasında "Dördlər finalı"nın keçiriləcəyi ölkə açıqlanıb

Futbol
Bakıya gələn millinin serbiyalı sabiq baş məşqçisi: “Nəsə olsa, birinci sizə deyəcəyəm”

Bakıya gələn millinin serbiyalı sabiq baş məşqçisi: “Nəsə olsa, birinci sizə deyəcəyəm”

Futbol
“Qəbələ”nin hücumçusu: “Mən meydana girəndə uşaqlar ürəklənirlər ki, bir qolumuz var”

“Qəbələ”nin hücumçusu: “Mən meydana girəndə uşaqlar ürəklənirlər ki, bir qolumuz var”

Futbol
“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb - VİDEO

“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb - VİDEO

Futbol
Konfrans Liqası: Bu gün II turun oyunları keçiriləcək

Konfrans Liqası: Bu gün II turun oyunları keçiriləcək

Futbol
Ronaldu azarkeşlərlə vidalaşıb: "Yeni çağırış axtarmağın vaxtı çatıb"

Ronaldu azarkeşlərlə vidalaşıb: "Yeni çağırış axtarmağın vaxtı çatıb"

Futbol
ASCO "Səbail” Futbol Klubunun legionerləri ilə bağlı iddialara aydınlıq gətirib

ASCO "Səbail” Futbol Klubunun legionerləri ilə bağlı iddialara aydınlıq gətirib

Futbol
Premyer Liqa: “Səbail” “Kəpəz”lə oyunda azlıqda qalıb

Premyer Liqa: “Səbail” “Kəpəz”lə oyunda azlıqda qalıb

Futbol
“Nant” “Qarabağ”la oyundan əvvəl xal itirib

“Nant” “Qarabağ”la oyundan əvvəl xal itirib

Futbol
Qaret Beyl Uels millisinin tarixinə düşüb

Qaret Beyl Uels millisinin tarixinə düşüb