Yuri Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Misli Premyer Liqasının IX turunda "Araz-Naxçıvan" "Qəbələ"yə məğlub olub - 1:2.
QELEBE.AZ xəbər verir ki, matçdan sonra "bozqurdlar"ın baş məşqçisi Yuri Maksimovun mətbuat konfransı keçirilib.
"Qolları rəqibə hədiyyə etdik. Özümüz isə çətinliklə qol vururuq. Futbolçular çalışırlar. Amma ustalıq səviyyəsi çatışmır."
- Yaxşı nəticələr qazanmaq üçün nələri dəyişmək lazımdır?
- Hazırkı vəziyyətdə nəyisə dəyişmək çətindir.
- Bir çox futbolçu fərqli mövqedə oynayır. Bunun səbəbi nədir?
- Heyətdə itkilərimiz mövcuddur. Zədəli və cəzalı futbolçularımız var. Buna görə oyunçuların yerlərini dəyişirik.
- Komandanı siz yığmamısız. Heyətdən nə dərəcədə razısınız?
- Oynamağa davam edəcəyik. Görək necə olacaq. Sadəcə, belə səhvlərə yol vermək olmaz. Hər oyunda asan qollar buraxırıq.

https://mail.qelebe.az//uploads/photo/yuri-maksimov-qollari-reqibe-hediyye-etdik.webp