Ramil Şeydayev Azərbaycan çempionatında 20 qola çataraq bombardir olan 9-cu yerli futbolçu olub

Ramil Şeydayev Azərbaycan çempionatında 20 qola çataraq bombardir olan 9-cu yerli futbolçu olub

“Qarabağ”ın sabiq futbolçusu Ramil Şeydayev Azərbaycan çempionatında 20 qola çataraq mövsümün bombardiri olan 9-cu yerli oyunçudur.

“Report”un araşdırmasına görə, o, 2022/2023 mövsümündə 22 dəfə fərqlənərək buna nail olub.

Şeydayevə qədər yalnız 8 azərbaycanlı hücumçu bir mövsüm ərzində 20 və ya daha çox qol vuraraq, ən məhsuldar oyunçu mükafatına yiyələnib.

Bunlar Nazim Əliyev, Musa Qurbanov, Rövşən Əhmədov, Fazil Pərvərov, Qurban Qurbanov, Alay Bəhramov, Samir Musayev və Zaur Ramazanovdur. Ancaq 1995/1996 mövsümündə Rövşən Əhmədovla Fazil Pərvərov eyni sayda qol vurduqları üçün hər ikisi bombardir sayılıb.

Azərbaycan çempionatları tarixinin ən məhsuldar oyunçusu Nazim Əliyev üç fərqli mövsümdə 20-dən çox qol vuraraq bombardir olub. Zaur Ramazanovda bu say ikidir.

Şeydayev həm də “Qarabağ”ın heyətində 20 topa çataraq, məhsuldarlıq baxımından hamını qabaqlayan ikinci yerli oyunçudur. Ona qədər yalnız Samir Musayev 2003/2004 mövsümündə, yəni 19 il əvvəl bunu bacarıb. 2013/2014 mövsümündə isə braziliyalı Reynaldo Silva “Qarabağ”ın forması altında rəqib qapılarından 22 top keçirib.

Reynaldodan sonra heç bir oyunçu bir mövsümdə 20 qola çata bilməmişdi. 9 ildən sonra ağdamlıların iki üzvü – Ramil Şeydayev və Musa Qurbanlı buna nail olublar. Qurbanlı 21 qol vursa da, bombardir ola bilməyib. Halbuki 19 fərqli mövsümdə bombardirlik mükafatını qazanan futbolçular 21-dən az qola imza atıblar.

Mövsüm

Futbolçu

Klubu

Qol

1992

Nazim Əliyev

“Xəzər”

39

1993

Samir Ələkbərov

“Neftçi”

16

1993/94

Musa Qurbanov

“Turan”

35

1994/95

Nazim Əliyev

“Neftçi”

26

1995/96

Rövşən Əhmədov

“Kəpəz”

23

Fazil Pərvərov

“Kəpəz”

23

1996/97

Qurban Qurbanov

“Neftçi”

34

1997/98

Nazim Əliyev

“Dinamo”

23

1998/99

Alay Bəhramov

“Viləş”

24

1999/00

Badri Kvaratsxeliya

“Şəmkir”

16

2000/01

Paşa Əliyev

“Dinamo-Bakılı”

13

2003/04

Samir Musayev

“Qarabağ”

20

2004/05

Zaur Ramazanov

“Karvan”

21

2005/06

Yakuba Bamba

“Karvan”

16

2006/07

Zaur Ramazanov

“Xəzər-Lənkəran”

20

2007/08

Xaqani Məmmədov

”İnter”

19

2008/09

Valter Quqlemon

“İnter”

17

2009/10

Fərid Quliyev

“Standard”

16

2010/11

Georgi Adamiya

“Qarabağ”

18

2011/12

Bahodir Nasimov

“Neftçi”

16

2012/13

Nikolas Kanales

“Neftçi”

26

2013/14

Reynaldo Silva

“Qarabağ”

22

2014/15

Nurlan Novruzov

"Bakı"

15

2015/16

Dani Kintana

“Qarabağ”

15

2016/17

Filip Ozobiç

"Qəbələ"

11

Rauf Əliyev

"İnter"

11

2017/18

Baqali Dabo

"Qəbələ"

13

2018/19

Mahir Emreli

“Qarabağ”

16

2019/20

Baqali Dabo

“Neftçi”

7

Mahir Emreli

“Qarabağ”

7

Stiven Monroz

“Neftçi”

7

Peyman Babayi

"Sumqayıt"

7

2020/21

Namiq Ələsgərov

"Neftçi"

19

2021/22

Kadi Borqes

“Qarabağ”

12

2022/23

Ramil Şeydayev

“Qarabağ”

22

Futbol
Azərbaycanı dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli olub

Azərbaycanı dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli olub

Futbol
KİV: “Mançester Yunayted” Ronaldo ilə müqaviləni pozub

KİV: “Mançester Yunayted” Ronaldo ilə müqaviləni pozub

Futbol
Avropa Liqası: Daha 2 komanda növbəti mərhələyə yüksəlib

Avropa Liqası: Daha 2 komanda növbəti mərhələyə yüksəlib

Futbol
Konfrans Liqası: Qrup mərhələsi start götürür

Konfrans Liqası: Qrup mərhələsi start götürür

Futbol
Joze Alesio Da Silva: "Nəticə arzuladığımız kimi olmadı"

Joze Alesio Da Silva: "Nəticə arzuladığımız kimi olmadı"

Futbol
AFFA-nın baş katibi: “FIFA-nın müraciətindən sonra bu məsələ müzakirə olunacaq”

AFFA-nın baş katibi: “FIFA-nın müraciətindən sonra bu məsələ müzakirə olunacaq”

Futbol
"Zirə" klubu yeni futbolçu ilə anlaşıb

"Zirə" klubu yeni futbolçu ilə anlaşıb

Futbol
Çempionlar Liqası: IV turun nəticələri

Çempionlar Liqası: IV turun nəticələri

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"a qalib gəlmək üçün hər şeyi edəcəyik"

"Nant"ın baş məşqçisi: "Qarabağ"a qalib gəlmək üçün hər şeyi edəcəyik"

Futbol
"Neftçi"nin qapıçısı: "Vəziyyətimiz yaxşı deyil"

"Neftçi"nin qapıçısı: "Vəziyyətimiz yaxşı deyil"

Futbol
Azərbaycan futbolu 2022-ci ildə: Uğur və uğursuzluqlar, rəhbər dəyişiklikləri, yeni təyinatlar - ARAŞDIRMA

Azərbaycan futbolu 2022-ci ildə: Uğur və uğursuzluqlar, rəhbər dəyişiklikləri, yeni təyinatlar - ARAŞDIRMA

Futbol
Tərlan Əhmədovun "Kəpəz"in baş məşqçisi kimi təqdimatı olub

Tərlan Əhmədovun "Kəpəz"in baş məşqçisi kimi təqdimatı olub