Keytanın “Qarabağ”a qoşulacağı tarix dəqiqləşib
“Qarabağ”ın yeni transferi Hamidu Keytanın Ağdam klubunun düşərgəsinə qoşulacaq tarix bəlli olub.
QELEBE.AZ saytının məlumatına görə, 29 yaşlı futbolçu iyunun 10-da yeni komandasına qoşulacaq.
O, Azərbaycan çempionu ilə 2+1 illik müqaviləyə qol çəkəcək. Fransalı vinger “Qarabağ”ın Bakıda keçirəcəyi təlim-məşq toplanışında iştirak edəcək. Keyta paytaxtdakı toplanışdan sonra Ağdam təmsilçisi ilə Avstriyaya yollanacaq.
Qeyd edək ki, Hamidu Premyer Liqada “Zirə”nin heyətində keçirdiyi iki mövsümdə 46 oyunda 13 qol vurub.

https://mail.qelebe.az//uploads/photo/keytanin-qarabaga-qoshulacagi-tarix-deqiqleshib.webp











