Nadir Nəbiyev: "Runi Eva ilə razılıq əldə edə bilməsək, digər futbolçulara baxacağıq" - MÜSAHİBƏ

Nadir Nəbiyev: "Runi Eva ilə razılıq əldə edə bilməsək, digər futbolçulara baxacağıq" - MÜSAHİBƏ

"Turan Tovuz"un icraçı direktoru Nadir Nəbiyevin apasport.az saytına müsahibəsi

- "Turan Tovuz" ev oyunlarını artıq başa vurdu. Son turda "Səbail"lə bərabərə qaldınız. Nəticə sizi razı saldı?

- Tovuzda bu mövsüm oynadığımız son oyunda qələbə qazanmaq istəyirdik. Qələbəni son dəqiqələrdə əldən vermək təbii ki, pis təsir edir. Halbuki, qalibiyyətə çox yaxın idik. Lakin istənilən halda, nəticəni qənaətbəxş sayıram.

- Ümumiyyətlə, komandanın son oyunlardakı məğlub olmamasının sirri nə idi? Sizcə, necə oldu ki, komanda birdən-birə qələbələr qazanmağa başladı?

- Məncə, komanda kubok oyunundan sonra çempionat matçlarına daha ciddi kökləndi. Bu da nəticələrin uğurlu olmasına gətirib çıxardı. Təbii ki, buna sevinirik.

- Sizcə, kubok "Turan Tovuz"u geriyə salmadı?

- Əksinə, kubok oyunu bizim üçün yaxşı təcrübə idi. Komanda oyunlarda yaxşı təcrübə qazandı. Finalın da bir addımlığında idik. Lakin təəssüf ki, alınmadı, olmadı. Amma həyat davam edir. Biz sonradan çempionata kökləndik və qələbələr qazanmağa başladıq.

- Rəhbərlik olaraq "Turan Tovuz"un bu mövsüm göstərdiyi nəticə sizi razı saldı? Fikirləşdiyiniz nələri həyata keçirdiniz, nələri edə bilmədiz?

- Qarşımıza qoyduğumuz əsas məqsəd Premyer Liqada qalmaq idi. Bunu da bacardıq. Həqiqətən çox sevindirici haldır. Komanda ilk turdan mübarizə apardı və qarşıya qoyulan məqsədə çatdı. Əsas fikrimiz azarkeşləri sevindirmək, çempionata rəng qatmaq idi. Məncə, onu da edə bildik.

- Daha çox diqqətdə olan futbolçunuz Runi Evadır. Onu komandada saxlamaq mümkün olacaq?

- Ayxan müəllimin istədiyi futbolçuların bəziləri ilə razılıq əldə olunub. Bir neçə futbolçu ilə hələ ki, danışıqlar davam etdirilir. Runi Eva ilə razılıq əldə edə bilməsək, digər futbolçulara baxacağıq.

- Yeni mövsümlə bağlı planlar necədir? Büdcənin artırılması, iddialı, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Turan Tovuz" görəcəyik?

- Açıq danışım, avrokubok uğrunda mübarizə aparmaq bizim üçün çətin olacaq. Çünki rəqiblərimiz bu ilkindən də güclü olacaq. Çalışacağıq ki, bacardığımız qədər yaxşı komanda formalaşdıraq. İnanıram ki, bunu edə biləcəyik.

- Yəqin ki, mövsümü qapını yaxşı çırpmaq üçün "Qarabağ"ı səfərdə məğlub etmək istəyəcəksiz. "Sumqayıt" da göstərdi ki, bu, mümkündür...

- Bu mövsüm məğlub edə bilmədiyimiz yeganə komanda "Qarabağ"dır. Əlbəttə, çempionatı qələbə ilə başa vurmaq əla olardı. Rəqib " Qarabağ" olduğundan çətindir. Amma mümkünsüz də deyil. Mübarizəmizi aparacağıq.

Futbol
Ralf Ranqnik: "Azərbaycan millisinə yuxarıdan aşağı baxmaq olmaz"

Ralf Ranqnik: "Azərbaycan millisinə yuxarıdan aşağı baxmaq olmaz"

Futbol
Bundesliqa: “Borussiya” Dortmund səfərdə Mönhenqladbax “Borussiya”sına uduzub

Bundesliqa: “Borussiya” Dortmund səfərdə Mönhenqladbax “Borussiya”sına uduzub

Futbol
Canni İnfantino yenidən FIFA prezidenti seçiləcək

Canni İnfantino yenidən FIFA prezidenti seçiləcək

Futbol
“Qarabağ” UEFA-nın klub reytinqində “Monako”ya çatıb

“Qarabağ” UEFA-nın klub reytinqində “Monako”ya çatıb

Futbol
Qətər koronavirusa qarşı peyvənd olunmayanlar üçün karantini ləğv edir

Qətər koronavirusa qarşı peyvənd olunmayanlar üçün karantini ləğv edir

Futbol
"Qarabağ"la oyundan öncə "Frayburq"da zədəlilərin durumuna aydınlıq gəlib

"Qarabağ"la oyundan öncə "Frayburq"da zədəlilərin durumuna aydınlıq gəlib

Futbol
"Barselona" prezidentinin oğlu Madriddə saxlanılıb

"Barselona" prezidentinin oğlu Madriddə saxlanılıb

Futbol
“Qarabağ” daha bir futbolçusunu satmağa yaxındır

“Qarabağ” daha bir futbolçusunu satmağa yaxındır

Futbol
Bu gün Azərbaycan derbisi keçiriləcək

Bu gün Azərbaycan derbisi keçiriləcək

Futbol
“Neftçi” Avropa nəhəngləri ilə qarşılaşacaq

“Neftçi” Avropa nəhəngləri ilə qarşılaşacaq

Futbol
Rusiya millisinin oyunundan öncə stadionda işıqlar sönüb

Rusiya millisinin oyunundan öncə stadionda işıqlar sönüb

Futbol
Ceyhun Bayramov Türkiyə Ampute milli futbol komandasını təbrik edib

Ceyhun Bayramov Türkiyə Ampute milli futbol komandasını təbrik edib