Baş katib: "Dünya çempionatında Kotsoyevin ən azı gümüş medalını əlindən aldılar"

Baş katib: "Dünya çempionatında Kotsoyevin ən azı gümüş medalını əlindən aldılar"

"Kotsoyevin ən azı gümüş medalını əlindən aldılar".

"QELEBE.AZ"un məlumatına görə, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu jurnalistlərlə görüşündə Zelim Kotsoyevin Qətərin paytaxtı Dohada keçirilmiş dünya çempionatında çıxışı barədə danışarkən deyib.

O bildirib ki, hakimlər 100 kq-da mübarizə aparan idmançının yarımfinal görüşündə yanlış qərar veriblər: "Rəqib kəmərdən aşağını tutmuşdu. Kadrlarda da aşkar görünür. Beləliklə, üçüncü cərimə xalı ilə uduzmalı idi. Bizə qarşı qərəzin olmasına inanmıram. Sadəcə, səhv etdiklərini dedilər".

Rəsullunun sözlərinə görə, cüdoçular kritik məqamlarda taktiki gedişlər zamanı düzgün qərar vermirlər: "Buna misal olaraq Səid Mollayini, Balabəy Ağayevi və Zelim Kotsoyevi göstərmək olar. Yarışda mübahisəli hakim qərarları ilə yanaşı, idmançılarımızın səhvləri də olub".

Baş katib hazırda əsas hədəflərinin Paris-2024 Yay Olimpiya Oyunları olduğunu söyləyib: "Məşqçilər heyəti ilə işləməyə davam edəcəyik. Çünki irəliləyiş görürük. Olimpiadaya kişilərdən 7, qadınlardan 2 cüdoçunun lisenziya qazanacağını gözləyirəm. Medal barədə isə proqnoz verməyəcəyəm".

Fərdi
"Formula 1": Maks Ferstappen həftəsonu ardıcıl 2-ci çempionluğunu rəsmiləşdirə bilər

"Formula 1": Maks Ferstappen həftəsonu ardıcıl 2-ci çempionluğunu rəsmiləşdirə bilər

Fərdi
Fərid Qayıbov: "Azərbaycan idmançıları ötən ay beynəlxalq turnirlərdə 120-dən çox medal qazanıblar"

Fərid Qayıbov: "Azərbaycan idmançıları ötən ay beynəlxalq turnirlərdə 120-dən çox medal qazanıblar"

Fərdi
Suqovuşanda avarçəkmə üzrə "Mingəçevir Reqatası" start götürür

Suqovuşanda avarçəkmə üzrə "Mingəçevir Reqatası" start götürür

Fərdi
Kəramət Hüseynov: "Qızıl medal qazanmaq istəyirdim, qismət olmadı"

Kəramət Hüseynov: "Qızıl medal qazanmaq istəyirdim, qismət olmadı"

Fərdi
"Vüqar Həşimov Memorialı-2022"nin püşkü atılıb

"Vüqar Həşimov Memorialı-2022"nin püşkü atılıb

Fərdi
Baş məşqçi: "Karatedə Premyer Liqa futboldakı Çempionlar Liqası deməkdir"

Baş məşqçi: "Karatedə Premyer Liqa futboldakı Çempionlar Liqası deməkdir"

Fərdi
Azərbaycan karateçisi: "Bakıdakı yarışda qalib gəlməklə özümü sübut etdim"

Azərbaycan karateçisi: "Bakıdakı yarışda qalib gəlməklə özümü sübut etdim"

Fərdi
Azərbaycanın daha üç idmançısı antidopinq pozuntusuna görə cəzalandırılıb

Azərbaycanın daha üç idmançısı antidopinq pozuntusuna görə cəzalandırılıb

Fərdi
Dünya çempionatı: Azərbaycan taekvondoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycan taekvondoçusu mübarizəyə başlayır

Fərdi
Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsində mübarizəyə başlayır

Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsində mübarizəyə başlayır

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində növbəti qaliblər bəlli olub

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində növbəti qaliblər bəlli olub

Fərdi
Azərbaycan triatlonçusu olimpiya reytinqində 11 pillə irəliləyib

Azərbaycan triatlonçusu olimpiya reytinqində 11 pillə irəliləyib