Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatında iştirak edəcək ölkələrin sayı müəyyənləşib

Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatında iştirak edəcək ölkələrin sayı müəyyənləşib

Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatında iştirak edəcək ölkələrin sayı müəyyənləşib.

“QELEBE.AZ” xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov mətbuat konfransında məlumat verib.

O, 145 ölkədən 1000-dək idmançının mundiala qatılacağını vurğulayıb: “Növbəti həftədən 2000-dən çox qonaq paytaxtımıza təşrif buyuracaq. Bu, pandemiyadan sonra ölkəmizdə baş tutacaq ən önəmli turnirlərdən biri olacaq. Ölkəmiz böyük idman tədbirlərinə ev sahibliyi edir. Azərbaycan tamaşaçısı belə yarışları öz ölkəsində izləyir. Mundial beynəlxalq federasiya üçün də önəmlidir. Qurumun Bakıda gerçəkləşəcək 50 illik yubileyində mühüm qərarlar qəbul olunacaq”.

N.Səfərov hazırlıqla bağlı Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərovun rəhbərliyi ilə Təşkilat Komitəsinin iclasının keçirildiyini sözlərinə əlavə edib: “İclasda yeniliklərlə bağlı danışılıb, iş planı müzakirə edilib, çempionat ərəfəsində baş tutacaq tədbirlər barədə məlumat verilib”.

O, baş məşqçilərin qarşısına tələblər qoyduqlarını bildirib: “Kişilərdən 3, qadınlardan isə 2 medal gözləyirik. İdmançılarımızın durumları yaxşıdır və təlim-məşq toplanışlarını davam etdirirlər”.

Federasiyanın vitse-prezidenti Rusiya idmançılarının da siyahıda olduğunu əlavə edib: “Amma burada müəyyən şərtlər var. Yekun siyahını gözləyirik. İdmançının hərbi xidmətdə olması, Ukraynaya qarşı döyüşlərdə iştirakı kimi məsələlərə baxılacaq”.

Qeyd edək ki, dünya çempionatı mayın 29-dan iyunun 6-dək təşkil olunacaq və 16 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Dünya çempionu aktivinə 140 reytinq xalı əlavə edəcək.

Fərdi
Avropa çempionatının ikinci günü Azərbaycan cüdoçuları üçün uğursuz olub

Avropa çempionatının ikinci günü Azərbaycan cüdoçuları üçün uğursuz olub

Fərdi
Azərbaycanlı idmançı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını məhkəməyə verib

Azərbaycanlı idmançı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını məhkəməyə verib

Fərdi
Azərbaycanın badminton məşqçiləri beynəlxalq seminarda iştirak ediblər

Azərbaycanın badminton məşqçiləri beynəlxalq seminarda iştirak ediblər

Fərdi
Milli Paralimpiya Komitəsinin prezidenti: "Erməni təxribatına layiqli cavab verdik"

Milli Paralimpiya Komitəsinin prezidenti: "Erməni təxribatına layiqli cavab verdik"

Fərdi
Nazir ötən ay yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Nazir ötən ay yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Fərdi
Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi yarımfinalda uduzub

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi yarımfinalda uduzub

Fərdi
Alfonso Dominges: “Əsas hədəfim dünya çempionu titulumu qorumaqdır” – MÜSAHİBƏ

Alfonso Dominges: “Əsas hədəfim dünya çempionu titulumu qorumaqdır” – MÜSAHİBƏ

Fərdi
Azərbaycan triatlonçusu dünya reytinqində irəliləyib

Azərbaycan triatlonçusu dünya reytinqində irəliləyib

Fərdi
Useyn Bolt milyonlarla dollar itirib

Useyn Bolt milyonlarla dollar itirib

Fərdi
Azərbaycanın daha bir cüdo hakiminin kateqoriyası yüksəlib

Azərbaycanın daha bir cüdo hakiminin kateqoriyası yüksəlib

Fərdi
İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini açıqlayıb

İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini açıqlayıb

Fərdi
Qətər Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir

Qətər Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir