Azərbaycan Karate Federasiyasında maliyyə problemi: “Vəziyyət bütün mənalarda yaxşı deyil”

Azərbaycan Karate Federasiyasında maliyyə problemi: “Vəziyyət bütün mənalarda yaxşı deyil”

“Mövcud maliyyə vəziyyəti bütün mənalarda heç də yaxşı deyil. Avropa Oyunlarından əvvəl Rabatdakı Premyer Liqa yarışı üçün vəsait ayrılmadı. Buna görə də, turnirə təkcə mən gəlmişəm”.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycan millisinin karateçisi İrina Zaretska Mərakeşin paytaxtı Rabatda bu gün start götürən Premyer Liqa turnirinə tək yollanması ilə bağlı danışarkən deyib.

İrina Zaretska
İrina Zaretska

68 kq çəki dərəcəsində ən yüksək reytinqli karateçi olan dünya və Avropa çempionu Rabat-2023-ə səfər xərclərini qismən özünün qarşıladığını bildirib: “Mənim üçün mövsüm ərzində daim formada qalmaq və reytinqdəki mövqeyimi qorumaq vacibdir. Çünki hazırda reytinqdə birinci yerdəyəm. Bu nəticə isə bir turnirdə qazanılmır”.

27 yaşlı idmançı əlavə edib ki, əvvəllər maliyyə cəhətdən hansısa problem yaşamayıblar: “Maliyyənin ayrılmamasında federasiyanın, assosiasiyanın, yoxsa nazirliyin məsuliyyət daşıdığını bilmirəm. Hər şey yaxşı gedirdi, peşəkar yanaşma var idi. Amma indi vəziyyət belə alınıb”.

İ.Zaretska Azərbaycan Karate Federasiyasında maliyyə probleminin olub-olmadığına da münasibət bildirib: “Bununla bağlı federasiyanın prezidenti ilə danışsanız, daha yaxşı olar”.

Yaşar Bəşirov
Yaşar Bəşirov

Mövzu ilə bağlı “QELEBE.AZ”a açıqlama verən Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov qadın karateçinin Mərakeşə səfəri üçün ona köməklik göstərdiyini bildirib: “Zaretskanın səfər xərclərinin bir hissəsini özü qarşıladı, bir hissəsini də biz köməklik göstərdik. Parisə biletini mən aldım. Orada Fransa klubu ilə təlim-məşq toplanışı keçdikdən sonra Rabata getdi. Maliyyə olmadığı üçün Mərakeşə təkcə Zaretskanı göndərə bildik”.

Federasiya prezidenti maddi baxımdan problem yaşadıqlarını da təsdiqləyib: “Federasiyada maliyyə baxımından son vaxtlar müəyyən çətinliklər var. Hamıdan qat-qat yüksək büdcəmiz olan vaxtlar da olub. Bu gün belə alınıb. Amma demək olmaz ki, heç nə eləmirik. Əlbəttə ki, maliyyə çox ayrılsa, daha yaxşı olar. Gənclər və İdman Nazirliyi bizə öz köməkliyini göstərir. Yəqin ki, yeni sponsor tapılacaq. Sponsor olmadan tək nazirliyin bütün federasiyaları maliyyələşdirməsi çətin olar. Nazirliyin dəstəyini həmişə hiss eləmişik”.

Qeyd edək ki, İrina Zaretska Rabat-2023 Premyer Liqasında mayın 13-də mübarizəyə qoşulacaq.

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə 10-cu olub

Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə 10-cu olub

Fərdi
Naxçıvan Güləş Federasiyasının sədri fəxri ada layiq görülüb

Naxçıvan Güləş Federasiyasının sədri fəxri ada layiq görülüb

Fərdi
Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 6 medal qazanıb

Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 6 medal qazanıb

Fərdi
Azərbaycan avarçəkəni dünya ikincisi olub

Azərbaycan avarçəkəni dünya ikincisi olub

Fərdi
İran şahmatçısı: "Şuşadakı yarışda iştirak etdiyim üçün çox şadam"

İran şahmatçısı: "Şuşadakı yarışda iştirak etdiyim üçün çox şadam"

Fərdi
Azərbaycan cüdoçuları İtaliyada Açıq Avropa turnirində iştirak edəcək

Azərbaycan cüdoçuları İtaliyada Açıq Avropa turnirində iştirak edəcək

Fərdi
Rəşad Rəsullu: "Bizə elə legioner cüdoçu lazımdır ki, gələn kimi nəticə versin"

Rəşad Rəsullu: "Bizə elə legioner cüdoçu lazımdır ki, gələn kimi nəticə versin"

Fərdi
Azərbaycan avarçəkəni Avropa çempionu olub   

Azərbaycan avarçəkəni Avropa çempionu olub  

Fərdi
Azərbaycan yığmasının boksçuları ölkə çempionatında yarımfinala yüksəliblər

Azərbaycan yığmasının boksçuları ölkə çempionatında yarımfinala yüksəliblər

Fərdi
Azərbaycan güləşçisi dünya çempionu olub - YENİLƏNİB

Azərbaycan güləşçisi dünya çempionu olub - YENİLƏNİB

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində növbəti qaliblər bəlli olub

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində növbəti qaliblər bəlli olub

Fərdi
Bakıda kikboksinq üzrə Respublika Kuboku start götürüb

Bakıda kikboksinq üzrə Respublika Kuboku start götürüb