8 il əvvəl Azərbaycanda Avropa çempionu olan idmançı bu gün də dünya kubokunda qızıl medal qazanıb - VİDEO

8 il əvvəl Azərbaycanda Avropa çempionu olan idmançı bu gün də dünya kubokunda qızıl medal qazanıb  - VİDEO

Bakıda keçirilən atıcılıq üzrə "Dünya Kuboku 2023"ün ilk günündə kişilər və qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə final yarışları keçirilib.

APA xəbər verir ki, yarışlar İran və Yunanıstan komandaları üçün uğurlu olub. Kişilər arasında iranlı Sacad Purhüseyni (240.2 xal), qadınlar arasında isə yunanıstanlı Anna Korakaki (241.3 xal) qızıl medal qazanıblar.

Bugünkü oyunların gümüş medallarına Ukrayna yığması yiyələnib. Oleq Omelçuk 239.8 xalla kişilər, Olena Kosteviç 240.6 xalla qadınlar arasında final oyunlarda gümüş medala sahib olublar.

Kişilərdən almaniyalı Robin Valter (217.6 xal), qadınlardan hindistanlı Ritim Sanqvan (219.1 xal) bugünkü yarışları bürünc medalla başa vurublar.

İranlı Səcad Purhüseyni mükafatlandırma mərasimindən sonra bildirib ki, ötən il Azərbaycanda komanda növündə qızıl medal qazanıb. “Bu dəfə isə fərdi atışda qızıl medala yiyələndim. Bu, karyeram ərzində fərdi atışda ilk qızıl medalımdır. Burada olduğuma görə şadam. Yaradılan şərait yüksək səviyyədədir. Bakının gözəlliyindən həzz alıram”, - iranlı atıcı qeyd edib.

“2015-ci ildə Azərbaycanda keçirilən Avropa çempionatında da qızıl medal qazanmışdım. Üstündən 8 il keçəndən sonra eyni uğura yenə burada keçirilən dünya kubokunda imza atdım. Görünür, Azərbaycan mənim üçün düşərli yerdir”, - bu sözləri isə qadınlar arasında final yarışın qalibi Anna Korakaki deyib. Yunanıstanlı idmançı medalın rəngindən asılı olmayaraq, dünya çempionatının finalına vəsiqə qazanmaq əzmində olduğunu vurğulayıb.

Yarışlar sabah 10 metr məsafəyə tapançadan atəşaçma üzrə qarışıq komanda növündə davam edəcək.

Digər növlər
Avrora Qrup I Voleybol Çempionatı başa çatıb - FOTO - VİDEO

Avrora Qrup I Voleybol Çempionatı başa çatıb - FOTO - VİDEO

Digər növlər
AAF yolsuzluq avtomobillərinin yürüşünü təşkil edib - VİDEO

AAF yolsuzluq avtomobillərinin yürüşünü təşkil edib - VİDEO

Digər növlər
Taekvondoçularımızdan uğurlu start - 1 qızıl və 1 gümüş medal

Taekvondoçularımızdan uğurlu start - 1 qızıl və 1 gümüş medal

Digər növlər
Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO

Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO

Digər növlər
BŞH “Sahil bağı” ətrafındakı velosiped zolağı ilə bağlı açıqlama yayıb

BŞH “Sahil bağı” ətrafındakı velosiped zolağı ilə bağlı açıqlama yayıb

Digər növlər
Azərbaycanlı atıcıdan tarixi qələbə - son 20 ildə ilk dəfə

Azərbaycanlı atıcıdan tarixi qələbə - son 20 ildə ilk dəfə

Digər növlər
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi məlum olub - FOTO

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi məlum olub - FOTO

Digər növlər
“AzerGold” tərəfindən yenidən qurulmuş idman meydançaları istifadəyə verilib - FOTO

“AzerGold” tərəfindən yenidən qurulmuş idman meydançaları istifadəyə verilib - FOTO

Digər növlər
Ağalıda “Zəfər yürüşü” triatlon turniri keçiriləcək

Ağalıda “Zəfər yürüşü” triatlon turniri keçiriləcək

Digər növlər
 Zabit Səmədov karyerasının son döyüşündən qalib ayrılıb  - FOTO

 Zabit Səmədov karyerasının son döyüşündən qalib ayrılıb - FOTO

Digər növlər
Atıcılıq üzrə Federasiya Kuboku başa çatıb

Atıcılıq üzrə Federasiya Kuboku başa çatıb

Digər növlər
AMADA “Zəfərin övladları” adlı tədbir keçirib - FOTOLENT

AMADA “Zəfərin övladları” adlı tədbir keçirib - FOTOLENT