Çerçesov: “Qarabağ”la oyunda 15 dəqiqəlik zəif çıxış bizi turnirdən kənarda qoydu"

Çerçesov: “Qarabağ”la oyunda 15 dəqiqəlik zəif çıxış bizi turnirdən kənarda qoydu"

“Qarabağ”la oyunda 15 dəqiqəlik zəif çıxış bizi Çempionlar Liqasından kənarlaşdırmağa kifayət etdi”.

“Report” xəbər verir ki, bunu Macarıstanın “Ferentsvaroş” klubunun baş məşqçisi Stanislav Çerçesov Rusiya mətbuatına müsahibəsində deyib.

Hədəflərinin növbəti mövsüm Çempionlar Liqasının qrupuna düşmək olduğunu bildirən rusiyalı mütəxəssis cari mövsüm bunu bacara bilməmələrini ani diqqətsizliklə əlaqələndirib.

Çerçesovun fikrincə, III təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”la görüşdə qalib gələ bilərdilər: “Qrupa düşmək üçün 8 oyun keçirməlisən ki, bu da ayrıca bir mövsümə bərabərdir. Ora qədər irəliləmək həm də prestij və maliyyə baxımından böyük şansdır. Bu mövsüm “Qarabağ”la qarşılaşmada imkanı qaçırdıq. Gələn mövsüm bunun təkrarlanmaması üçün heyəti gücləndirməliyik”.

Qeyd edək ki, “Qarabağ” Bakıda heç-heçə etdiyi (1:1) “Ferentsvaroş”a Budapeştdə 3:1 hesabı ilə qalib gələrək mübarizəni davam etdirmişdi. Macarıstan təmsilçisi Konfrans Liqasının 1/8 final mərhələsinə qədər irəliləməyi bacarmışdı.

Futbol
Xorvatiya yığmasının futbolçusu 4 il müddətinə diskvalifikasiya olunub

Xorvatiya yığmasının futbolçusu 4 il müddətinə diskvalifikasiya olunub

Futbol
Tomas Bax koronavirusa yoluxub

Tomas Bax koronavirusa yoluxub

Futbol
Moldovalı qapıçı: "Azərbaycanla oyunda qələbə seriyasını davam etdirmək istəyirik"

Moldovalı qapıçı: "Azərbaycanla oyunda qələbə seriyasını davam etdirmək istəyirik"

Futbol
Canni De Byazi: "Komandada atmosfer yaxşıdır"

Canni De Byazi: "Komandada atmosfer yaxşıdır"

Futbol
Azərbaycan Premyer Liqası: "Neftçi" - "Sabah"ı, "Səbail" "Şamaxı"nı qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Sabah"ı, "Səbail" "Şamaxı"nı qəbul edəcək

Futbol
UEFA "Qarabağ"la oyundakı hadisələrə görə Fransa klubunu cəzalandırıb

UEFA "Qarabağ"la oyundakı hadisələrə görə Fransa klubunu cəzalandırıb

Futbol
Azərbaycan Kuboku: "Qəbələ" "Qarabağ"a qalib gələrək yarımfinala yüksəlib

Azərbaycan Kuboku: "Qəbələ" "Qarabağ"a qalib gələrək yarımfinala yüksəlib

Futbol
"Qəbələ"nin legioneri virusa yoluxub

"Qəbələ"nin legioneri virusa yoluxub

Futbol
Qurban Qurbanov: "Oyunda yaxşı sürət və dinamika gördüm"

Qurban Qurbanov: "Oyunda yaxşı sürət və dinamika gördüm"

Futbol
Murad Musayev: "Əvvəl qəzəbli və uğura ac idiksə, indi bu hisslər yoxdur"

Murad Musayev: "Əvvəl qəzəbli və uğura ac idiksə, indi bu hisslər yoxdur"

Futbol
“Fənərbaxça”nın stadionunun adı dəyişdirilir

“Fənərbaxça”nın stadionunun adı dəyişdirilir

Futbol
Fransa milli komandası Didye Deşamla müqavilə müddətini uzadıb

Fransa milli komandası Didye Deşamla müqavilə müddətini uzadıb