Azərbaycan yığmasının Millətlər Liqasında keçirəcəyi oyunların təqvimi müəyyənləşib
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin ilk dəfə təşkil olunacaq UEFA Millətlər Liqasının 2023/2024 mövsümündə keçirəcəyi oyunların təqvimi müəyyənləşib.
AFFA-dan “QELEBE.AZ”a verilən məlumata görə, C Liqasının III qrupunda yer alan yığma ilk oyununu sentyabrın 22-də evdə Kiprə qarşı keçirəcək.
Siyasət Əsgərovun yetirmələri qrupda son matçlarını da dekabrda öz meydanında keçirəcəklər.
Azərbaycan yığmasının oyunlarının təqvimi:
22 sentyabr. Azərbaycan - Kipr
26 sentyabr. Monteneqro - Azərbaycan
27 oktyabr. Farer adaları - Azərbaycan
31 oktyabr. Azərbaycan - Monteneqro
1 dekabr. Kipr - Azərbaycan
5 dekabr. Azərbaycan - Farer adaları

https://mail.qelebe.az//uploads/photo/azerbaycan-yigmasinin-milletler-liqasinda-kechireceyi-oyunlarin-teqvimi-mueyyenleshib.webp











