Azərbaycan boksçuları ABŞ-da 4 medal qazanıb

Azərbaycan boksçuları ABŞ-da 4 medal qazanıb

Azərbaycan boksçuları ABŞ-ın Pueblo şəhərində təşkil olunan beynəlxalq turnirdə daha 3 medal qazanıb.

Federasiyadan "Report"a verilən məlumata görə, 57 kq-da Ümid Rüstəmov çempion tituluna yiyələnib. Ardıcıl olaraq çinlilər – Xinyan Vanq və Ping Lyunu məğlub edən idmançı finalda yerli ölkə təmsilçisi Julius Ballo ilə üz-üzə gəlib. Gərgin keçən döyüş Rüstəmovun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

51 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə finalda çinli Xinminq Ma ilə qarşılaşıb. Rəqibinə uduzan boksçu ikinci yerlə kifayətlənib.

92 kq-dan yuxarı çəkidə çıxış edən Məhəmməd Abdullayev də turniri gümüş medalla bitirib. Dünya çempionatının mükafatçısı finalda Avropa çempionu olan almaniyalı Nelvi Tiafakla bacarmayıb.

Beləliklə, yarışa 6 boksçu ilə qatılan yığma yekunda 1 qızıl, 2 gümüş və 1 bürünc medala yiyələnib. Daha əvvəl Nəbi İsgəndərov (71 kq) 3-cü teri tutmuşdu.

Qeyd edək ki, avqustun 24-dən ABŞ-ın Kolorado ştatının Denver və Pueblo şəhərində təlim-məşq toplanışı keçən milli komanda sentyabrın 17-də Bakıya qayıdacaq.

Fərdi
Hidayət Heydərov: "Dünya çempionatına qızıl medal üçün gəlmişdim"

Hidayət Heydərov: "Dünya çempionatına qızıl medal üçün gəlmişdim"

Fərdi
Zabit Səmədov idmançı karyerasını qələbə ilə başa vurub

Zabit Səmədov idmançı karyerasını qələbə ilə başa vurub

Fərdi
Milli Paralimpiya Komitəsində yeni kadr təyinatı olub

Milli Paralimpiya Komitəsində yeni kadr təyinatı olub

Fərdi
Azərbaycan parataekvondoçuları Qran-pridə 3 medal qazanıb

Azərbaycan parataekvondoçuları Qran-pridə 3 medal qazanıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər

Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər

Fərdi
Elnur Məmmədli: "Avropa çempionatında böyük nailiyyət əldə etdik"

Elnur Məmmədli: "Avropa çempionatında böyük nailiyyət əldə etdik"

Fərdi
Qılıncoynatma üzrə milli qran-pri turnirinə Bakıda hazırlaşır

Qılıncoynatma üzrə milli qran-pri turnirinə Bakıda hazırlaşır

Fərdi
Sayns “Formula 1” üzrə ABŞ Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

Sayns “Formula 1” üzrə ABŞ Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

Fərdi
AKAF prezidenti: "Artıq suya girmək vaxtıdır"

AKAF prezidenti: "Artıq suya girmək vaxtıdır"

Fərdi
Neftçalda avarçəkənlərin təlim-məşq toplanışı başlayıb

Neftçalda avarçəkənlərin təlim-məşq toplanışı başlayıb

Fərdi
Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Fərdi
Azərbaycan boksçuları Polşada beynəlxalq turnirdə mübarizə aparacaq

Azərbaycan boksçuları Polşada beynəlxalq turnirdə mübarizə aparacaq