FIA və AAF prezidentləri Bakının beynəlxalq idman tədbirinə hazırlığını müzakirə edib

FIA və AAF prezidentləri Bakının beynəlxalq idman tədbirinə hazırlığını müzakirə edib

Azərbaycan Avtomobil Federasiyasının prezidenti (AAF) Anar Ələkbərov Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda səfərdə olan Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Mohammed Ben Sulayem ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə FIA ilə AAF arasındakı mövcud sıx əməkdaşlıq, bir sıra birgə layihələr, o cümlədən Beynəlxalq Avtomobil Federasiyasının Baş Assambleyasının 2023-cü il dekabrın 4-8-də Bakıda keçiriləcək iclası və mükafatlandırma mərasiminə (FIA Prize-Giving Ceremony) hazırlıqlarla bağlı təşkilati məsələlər müzakirə olunub.

Anar Ələkbərov FIA ilə əlaqəli şəkildə tədbirə hazırlıq işlərinin aparıldığını qeyd edib. Belə mötəbər tədbirin ölkəmizdə keçirilməsindən məmnunluq bildirilib və bu kimi idman tədbirlərinin Azərbaycanda avtomobil idmanının təşviqində böyük rol oynadığı vurğulanıb.

Xatırladaq ki, ötən il FIA Baş Assambleyasının İtaliyanın Bolonya şəhərində keçirilən iclasında Bakı səsvermə ilə Beynəlxalq Avtomobil Federasiyasının Baş Assambleyasının toplantısı və mükafatlandırma mərasiminin növbəti ev sahibi seçilib. FIA Baş Assambleyasının iclası və mükafatlandırma mərasiminə ev sahibliyi etmək üçün bir neçə ölkə, həmçinin Azərbaycan müraciət etmişdi. Səsvermə nəticəsində Bakının namizədliyi təsdiq olunub. FIA Baş Assambleyasının iclası və mükafatlandırma mərasimi tədbirləri zamanı dünyanın müxtəlif ölkələrindən avtomobil təşkilatları, avtomobil idmanının görkəmli simaları ölkəmizdə bir araya gələcək.

Fərdi
Erməni boksçu Azərbaycan təmsilçisi ilə döyüşə çıxmayıb

Erməni boksçu Azərbaycan təmsilçisi ilə döyüşə çıxmayıb

Fərdi
Nazir: "İdman mediası ilə tərəfdaşlığımız inkişaf etdirilməlidir"

Nazir: "İdman mediası ilə tərəfdaşlığımız inkişaf etdirilməlidir"

Fərdi
Avropa Çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub

Avropa Çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub

Fərdi
Rusiyalı MMA döyüşçüsü Nəriman Abbasovu duelə çağırıb

Rusiyalı MMA döyüşçüsü Nəriman Abbasovu duelə çağırıb

Fərdi
Avropa çempionatında tarixi uğur qazanan Azərbaycan şahmatçısı Vətənə qayıdıb

Avropa çempionatında tarixi uğur qazanan Azərbaycan şahmatçısı Vətənə qayıdıb

Fərdi
Azərbaycan Gimnastika Federasiyası yenidən qurulmasının 20 illiyini qeyd edir

Azərbaycan Gimnastika Federasiyası yenidən qurulmasının 20 illiyini qeyd edir

Fərdi
Su İdman Sarayında padel tennis kortunun açılışı olub

Su İdman Sarayında padel tennis kortunun açılışı olub

Fərdi
Nazir: “İnkişaf üçün dəyişikliklərə ehtiyacımız var, amma inqilab etməyə hazırlaşmırıq”

Nazir: “İnkişaf üçün dəyişikliklərə ehtiyacımız var, amma inqilab etməyə hazırlaşmırıq”

Fərdi
Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi olub

Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi olub

Fərdi
Anatoli Karpov süni tənəffüs aparatına qoşulub

Anatoli Karpov süni tənəffüs aparatına qoşulub

Fərdi
Azərbaycan şahmatçılarının iştirak etdiyi dünya çempionatına yekun vurulacaq

Azərbaycan şahmatçılarının iştirak etdiyi dünya çempionatına yekun vurulacaq

Fərdi
Taekvondo üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək

Taekvondo üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək