Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi olub

Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi olub

Bakıda təşkil olunacaq arena polo üzrə Avropa çempionatının açılış və təqdimat mərasimi keçirilib.

"Report"un məlumatına görə, tədbirdə Azərbaycan Atçılıq Federasiyasının (AAF) baş katibi Bəhruz Nəbiyev, Avropa Polo Federasiyasının prezidenti, Beynəlxalq Polo Federasiyasının vitse-prezidenti Piero Dillier və digər rəsmi şəxslər iştirak edib.

Əvvəlcə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanla dövlət sərhəddində törədilmiş genişmiqyaslı təxribatın qarşısı alınan zaman şəhid olan hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İştirakçıları salamlayan Bəhruz Nəbiyev yarışda 4 komandanın mübarizə aparacağını söyləyib: "Azərbaycanla yanaşı, Avstriya, İsveçrə və İspaniya Avropa çempionatına qatılır. Bütün komandalar bir-birilərinə qarşı oynayacaqlar. Toplanmış xallara əsasən yarımfinal görüşləri gerçəkləşəcək. Sentyabrın 18-də üçüncü yer uğrunda və final qarşılaşması olacaq. Hər komandanın heyətində 3 idmançı yer alacaq. Amma yığmalar müxtəlif sayda oyunçular təqdim ediblər. Millimizin heyətində azərbaycanlı idmançılarla yanaşı legionerlər də var. Heyətlə bağlı qərarı baş məşqçi verəcək. Komandamız yarışa tam olaraq hazırdır. Qaydalara əsasən, bütün iştirakçıları biz atla təmin edirik. Atlar, ədalətli olsun deyə, püşkatma əsasında bölüşdürüləcək. 2015-ci ildəki ilk qitə çempionatına da Bakı ev sahibliyi edib. Həmin yarış Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb".

Federasiya rəsmisi iştirakçıların az olmasının səbəbini də açıqlayıb: "Bu çempionat 2020-ci ildə 8 ölkənin iştirakı ilə baş tutmalı idi. Komanda sayı ilə bağlı qərarı biz yox Beynəlxalq Polo Federasiyası verir. Qurum ilk olaraq sayı 6-ya, sonra isə 4-ə endirdi. Biz belə məsələlərə müdaxilə edə bilmirik. Beynəlxalq qurumun qaydalarına əsasən yarışı təşkil etməliyik".

Son olaraq Avropa çempionatındakı komandaların təqdimatı gerçəkləşib.

Fərdi
Azərbaycan taekvondoçusu ilin son yarışında çıxış edəcək

Azərbaycan taekvondoçusu ilin son yarışında çıxış edəcək

Fərdi
Baş katib: "Mingəçevir Reqatasına bütün ölkələri dəvət edəcəyik"

Baş katib: "Mingəçevir Reqatasına bütün ölkələri dəvət edəcəyik"

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov ABŞ şahmatçısına uduzub

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov ABŞ şahmatçısına uduzub

Fərdi
Sayns “Formula 1” üzrə ABŞ Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

Sayns “Formula 1” üzrə ABŞ Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

Fərdi
Azərbaycan Kuboku: Daha bir çəki üzrə mükafatçılar bəlli olub

Azərbaycan Kuboku: Daha bir çəki üzrə mükafatçılar bəlli olub

Fərdi
"Formula 1": Bakıdakı yarışdan əvvəl Türkiyə Qran Prisi gerçəkləşə bilər

"Formula 1": Bakıdakı yarışdan əvvəl Türkiyə Qran Prisi gerçəkləşə bilər

Fərdi
Günay Məmmədzadə Çində mübarizə aparacaq

Günay Məmmədzadə Çində mübarizə aparacaq

Fərdi
"Shusha Chess 2022" turnirinin püşkü atılıb

"Shusha Chess 2022" turnirinin püşkü atılıb

Fərdi
Mingəçevirdə "ƏrToğrul" sənədli filminin nümayişi keçirilib

Mingəçevirdə "ƏrToğrul" sənədli filminin nümayişi keçirilib

Fərdi
Mundiala aparılmayan olimpiya çempionu: "Federasiya bizə şərait yaratmır"

Mundiala aparılmayan olimpiya çempionu: "Federasiya bizə şərait yaratmır"

Fərdi
Azərbaycan IV Dünya Köçəri Oyunlarında iştirak edir

Azərbaycan IV Dünya Köçəri Oyunlarında iştirak edir

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov ikinci yeri tutub

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov ikinci yeri tutub