Həsrət Cəfərov: “Zaqrebə çempion olmağa gəlmişdim”

Həsrət Cəfərov: “Zaqrebə çempion olmağa gəlmişdim”

“Zaqrebə çempion olmağa gəlmişdim, istəyimə də çatdım”.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olması ilə bağlı deyib.

67 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyərək, ilk dəfə qitə çempionu olan 21 yaşlı idmançı yarımfinal görüşündə 2022-ci ildəki məğlubiyyətin revanşını aldığını bildirib: “Ötən il Avropa çempionatında bürünc medal almışdım. Yarımfinalda türkiyəli Murat Fırata uduzmuşdum. Yenə yarımfinalda onunla üz-üzə gəldim və bu dəfə qələbə qazandım”.

H.Cəfərov komanda hesabında ikinci yeri tutmalarını da dəyərləndirib: “Qardaş ölkə Türkiyə yığmasından sonra komanda hesabında ikinci olduq. İnanıram ki, qarşıdan gələn dünya çempionatında komanda şəklində daha yaxşı nəticə göstərəcəyik. Bizi məsuliyyətli yarışlar gözləyir. Yaxşı hazırlaşmaq, həmin mötəbər turnirlərdə də qızıl medal qazanmaq lazımdır”.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyətində Həsrət Cəfərov (67 kq) və Ülvü Qənizadə (72 kq) Xorvatiyada keçirilən Avropa çempionatının qalibi olublar, Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıblar.

Fərdi
Azərbaycanın iki qadın şahmatçısı Avropa çempionatında medal qazanıb

Azərbaycanın iki qadın şahmatçısı Avropa çempionatında medal qazanıb

Fərdi
Azərbaycan çempionatında bürünc medalçılar müəyyənləşib

Azərbaycan çempionatında bürünc medalçılar müəyyənləşib

Fərdi
Dünya çempionatı: Azərbaycan təmsilçiləri heç-heçə ediblər

Dünya çempionatı: Azərbaycan təmsilçiləri heç-heçə ediblər

Fərdi
Gövhər Beydullayeva: “O görüşü “qırılma nöqtəsi” saymıram”

Gövhər Beydullayeva: “O görüşü “qırılma nöqtəsi” saymıram”

Fərdi
Fərid Qayıbov: “İslahatlar düşünülmüş şəkildə olmalı, işlər pillə-pillə qurulmalıdır” – MÜSAHİBƏ

Fərid Qayıbov: “İslahatlar düşünülmüş şəkildə olmalı, işlər pillə-pillə qurulmalıdır” – MÜSAHİBƏ

Fərdi
Şahmat üzrə gənclər arasında dünya çempionları Vətənə qayıdıb

Şahmat üzrə gənclər arasında dünya çempionları Vətənə qayıdıb

Fərdi
Azərbaycan ağırlıqqaldırma tarixində yeni rekord qeydə alınıb

Azərbaycan ağırlıqqaldırma tarixində yeni rekord qeydə alınıb

Fərdi
Şahmat üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Şahmat üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Fərdi
Dünya çempionu: "Azərbaycan üçün fantastik nəticədir"

Dünya çempionu: "Azərbaycan üçün fantastik nəticədir"

Fərdi
WKF prezidenti: "Karatenin Los-Anceles olimpiadasına salınması üçün iş gedir"

WKF prezidenti: "Karatenin Los-Anceles olimpiadasına salınması üçün iş gedir"

Fərdi
Dünya çempionatı: Hacı Əliyev yarımfinala yüksəlib, digər ikisi uduzub

Dünya çempionatı: Hacı Əliyev yarımfinala yüksəlib, digər ikisi uduzub

Fərdi
AMADA: "Qayda pozuntularının 56 faizi steroid və narkotiklərdən olub"

AMADA: "Qayda pozuntularının 56 faizi steroid və narkotiklərdən olub"