“Əl-Nəsr” klubu Ronaldu qalmaqalı ilə bağlı açıqlama yayıb

“Əl-Nəsr” klubu Ronaldu qalmaqalı ilə bağlı açıqlama yayıb

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" futbol klubu hücumçu Kriştianu Ronaldu ilə bağlı qalmaqal barədə açıqlama yayıb.

Bu barədə “QELEBE.AZ” xarici mətbuata istinadən xəbər verir.

“Ronaldu zədələnib. Onun “Əl-Hilal”ın futbolçusu Qustavo Kuellar ilə toqquşması çox həssas nahiyədə zərbə almasına səbəb olub. Bu, təsdiqlənmiş məlumatdır. Azarkeşlərin izahatlarına gəlincə, onlar istədiklərini düşünməkdə azaddırlar”, - klubunun açıqlamasında deyilir.

Qeyd edək ki, daha əvvəl Kriştianu Ronaldunun Səudiyyə Ərəbistanından deportasiya oluna biləcəyi barədə xəbər yayılıb. Məlumata görə, buna səbəb portuqaliyalı futbolçunun "Əl-Hilal"a 0:2 hesabı ilə uduzduqları çempionat oyunundakı davranışıdır.

İddia edilirdi ki, hücumçu meydançanı tərk edərkən "Messi" şüarları səsləndirən rəqib komandanın azarkeşlərinə qeyri-etik jest edib.

Nuf ibn-Əhməd adlı vəkil Ronaldunu məhkəməyə verdiyini açıqlayıb.

Qeyd edək ki, Ronaldu Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə 11 matçda iştirak edib, 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbol
Azərbaycanlı hakim-inspektor Niderland millisinin oyununa təyinat alıb

Azərbaycanlı hakim-inspektor Niderland millisinin oyununa təyinat alıb

Futbol
Erik Yirka: "Azərbaycan millisinə uduzduğumuz üçün emosiyalar neqativdir"

Erik Yirka: "Azərbaycan millisinə uduzduğumuz üçün emosiyalar neqativdir"

Futbol
Mbappe isinmə hərəkəti zamanı azarkeşi vurub, izləyici huşunu itirib

Mbappe isinmə hərəkəti zamanı azarkeşi vurub, izləyici huşunu itirib

Futbol
Portuqaliya millisinin baş məşqçisi istefaya göndəriləcək

Portuqaliya millisinin baş məşqçisi istefaya göndəriləcək

Futbol
“Real”da əcnəbi futbolçu qalmayıb

“Real”da əcnəbi futbolçu qalmayıb

Futbol
Dünyada ilin məşqçisi açıqlanıb

Dünyada ilin məşqçisi açıqlanıb

Futbol
Qurban Qurbanov: "Uğursuz seriya haqqında düşünmürük

Qurban Qurbanov: "Uğursuz seriya haqqında düşünmürük

Futbol
"Olimpiakos" "Qarabağ"la oyundan əvvəl qələbə qazanıb

"Olimpiakos" "Qarabağ"la oyundan əvvəl qələbə qazanıb

Futbol
Ronaldu Səudiyyə Ərəbistanı klubuna keçməyə yaxındır

Ronaldu Səudiyyə Ərəbistanı klubuna keçməyə yaxındır

Futbol
Taleyi öz əlində olan “Qarabağ”: Uğursuz seriyaya son qoyulacaqmı? – ŞƏRH

Taleyi öz əlində olan “Qarabağ”: Uğursuz seriyaya son qoyulacaqmı? – ŞƏRH

Futbol
"Qarabağ" qapıçısı ilə imzaladığı yeni müqavilənin detallarını açıqlayıb

"Qarabağ" qapıçısı ilə imzaladığı yeni müqavilənin detallarını açıqlayıb

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Təki, komandam həmişə belə oynasın"

"Qəbələ"nin baş məşqçisi: "Təki, komandam həmişə belə oynasın"