"Turan Tovuz"un futbolçusu: "Bəlkə də bizdən çox şey gözləyirlər"

"Turan Tovuz"un futbolçusu: "Bəlkə də bizdən çox şey gözləyirlər"

"Bəlkə də bizdən çox şey gözləyirlər".

Bunu "Report"a açıqlamasında "Turan Tovuz"un futbolçusu Şəhriyar Əliyev ardıcıl yeddi tur qələbə qazana bilməmələri barədə danışarkən deyib.

31 yaşlı müdafiəçi qara zolaqda olmadıqlarını söyləyib: "Bu müddət ərzində heç-heçələr də əldə etdimişik. Hazırda çempionatın sonudur, yorğunluq da olur. Bəlkə də bir qələbə bizə kömək edəcək. Bunun üçün motivasiyamız da var. Qarşıda bizi kubok matçı gözləyir. Bu turnirdə də yolumuza davam edirik. Komandada psixoloji problem də yoxdur Yaxşı hazırlaşıb qələbələr qazanmağa çalışacağıq".

Əliyev XXX turda "Kəpəz"ə 0:1 hesabı ilə uduzduqları qarşılaşma barədə də danışıb: "Görüşə yaxşı hazırlaşmışdıq. Rəqibi analiz etmişdik. Əks-hücumlarda çox yaxşı oynayan, sürətli futbolçularının olduğunu bilirdik. Onların qarşısını almağa çalışırdıq. "Kəpəz" elə əks-hücumda fərqləndi. Sonradan hesabı bərabərləşdirmək istədik, şanslarımız da oldu, amma alınmadı. Bu qarşılaşmanı analiz edib növbəti oyunlara hazırlaşmağa çalışacağıq".

Təcrübəli oyunçu komandadan narazı olan azarkeşlər haqqında da fikirlərini bölüşüb: "Bizi dəstəkləyən fanatlara təşəkkür edirəm. Hər zaman yanımızdadırlar, dəstəklərini hiss edirik. Elə tərəfdarlar da var ki, tənqid edirlər. Amma çox az bir müddətdə, bir ayda yığılan kollektivik. Burada olan futbolçular - hər kəs əlindən gələni edir ki, nəticələrimiz yaxşı olsun".

Müdafiəçi baş məşqçi məşqçi Ayxan Abbasova qarşı kampaniya olması iddialarına da aydınlıq gətirib: "Kampaniya olduğunu deyə bilmərəm. Sözün açığı, belə şeylərə fikir vermirik. Əgər fikir versək, oyunumuza daha çox təsir göstərəcək. Əl-ələ verib qələbələr qazanaraq bu dönəmdən çıxmaq niyyətindəyik. Məncə, futbolçular, məşqçilər, rəhbərlik - hamımız bir yumruq kimi birləşib bu vəziyyətdən çıxacağıq".

Əliyev Azərbaycan Kubokunun 1/4 finalında üz-üzə gələcəkləri "Neftçi" ilə qarşılaşmaya da toxunub: "Çempionatda "Sabah"la matçdan əvvəl "Neftçi"ni qəbul edəcəyik. Hər iki oyun ağır keçəcək. "Sabah" da yaxşı komandadır, dünən "Qarabağ"la oyununa da baxdıq. "Neftçi" də çempionatımızda yaxşı çıxış edən komandalardan biridir. Səfərə yaxşı nəticə ilə yollanmağa çalışacağıq. Təxminən 10 gün ərzində 4 oyun keçirəcəyik. Azarkeşlərimizi sevindirməyə çalışacağıq".

Qeyd edək ki, aprelin 19-da keçiriləcək "Turan Tovuz" - "Neftçi" qarşılaşması saat 16:00-da başlayacaq.

Futbol
Kriştianu Ronaldu "Barselona"ya keçə bilər

Kriştianu Ronaldu "Barselona"ya keçə bilər

Futbol
Yevlaxda qəzaya düşən hakim-inspektorun əməliyyat olunacağı tarix açıqlanıb

Yevlaxda qəzaya düşən hakim-inspektorun əməliyyat olunacağı tarix açıqlanıb

Futbol
Azərbaycan Premyer Liqasının oyunu sükutla başlayıb

Azərbaycan Premyer Liqasının oyunu sükutla başlayıb

Futbol
“Qarabağ” Azərbaycanın UEFA reytinqindəki xalını artırıb

“Qarabağ” Azərbaycanın UEFA reytinqindəki xalını artırıb

Futbol
Millətlər Liqası: Macarıstan Almaniyanı, İtaliya İngiltərəni məğlub edib

Millətlər Liqası: Macarıstan Almaniyanı, İtaliya İngiltərəni məğlub edib

Futbol
“Qarabağ” ən məhsuldar komandaların siyahısında Avropa nəhənglərini qabaqlayır

“Qarabağ” ən məhsuldar komandaların siyahısında Avropa nəhənglərini qabaqlayır

Futbol
"Sumqayıt"ın baş məşqçisi: "Tez qol vurmaq bizə yaxşı təsir etmədi"

"Sumqayıt"ın baş məşqçisi: "Tez qol vurmaq bizə yaxşı təsir etmədi"

Futbol
"Qarabağ" - "Neftçi" oyununun hakimləri açıqlanıb

"Qarabağ" - "Neftçi" oyununun hakimləri açıqlanıb

Futbol
Ronaldu karyerasını ABŞ-da davam etdirə bilər

Ronaldu karyerasını ABŞ-da davam etdirə bilər

Futbol
Fransa Futbol Federasiyası ləğv olunmuş qolla bağlı FIFA-ya şikayət edəcək

Fransa Futbol Federasiyası ləğv olunmuş qolla bağlı FIFA-ya şikayət edəcək

Futbol
Niderland millisinin futbolçusu "Barselona"da qalmağa qərar verib

Niderland millisinin futbolçusu "Barselona"da qalmağa qərar verib

Futbol
İlin məşqçisi seçilən Qurban Qurbanov mükafatlandırılıb

İlin məşqçisi seçilən Qurban Qurbanov mükafatlandırılıb