Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirinin 1/4 finalçıları ilə görüş keçirilib

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirinin 1/4 finalçıları ilə görüş keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turnirinin 1/4 finalçıları ilə görüş və mətbuat konfransı keçirilib.

“QELEBE.AZ” xəbər verir ki, tədbirdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov çıxış edib.

O, turniri keçirmə məqsədlərinə nail olduqlarını söyləyib: “Son mərhələyə yaxınlaşmışıq. Turnirdə 52 komanda mübarizə aparırdı. Qrup, pley-off mərhələlərini keçmişik və artıq 1/4 final mərhələsindəyik. Bura qədər irəliləmiş komandaları təbrik edir, bütün iştirakçı kollektivlərə təşəkkürümüzü bildiririk. Əsas məqsədimiz turnirdə iştirakın dövlət qurumlarının əməkdaşları üçün əlavə motivasiya olması idi. Minimum qoyduğumuz hədəflərə nail olduq. Ümid edirik ki, liqa növbəti illərdə də davam edəcək”.

E. Məmmədov təşkilati işlərdə dəstəyə görə AFFA, Azərbaycan Minifutbol Federasiyası və güc strukturlarına təşəkkür edib.

Daha sonra turnirin növbəti oyunlar üçün təqvimi açıqlanıb. Bildirilib ki 1/4 final matçları 15-16 apreldə, yarımfinal görüşləri 30 apreldə, üçüncülük və final oyunları isə 7 may tarixində Bakı Tennis Akademiyasında keçiriləcək.

Turnirin 1/4 finalında SOCAR - Daxili İşlər Nazirliyi, Baş Prokurorluq - Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi - Gənclər və İdman Nazirliyi, Dövlət Gömrük Komitəsi - Azərbaycan Dəmir Yolları QSC oyunları keçiriləcək.

Yarışda ilk 4 yeri tutacaq komandalar mükafatlandırılacaqlar. E.Məmmədov bildirib ki, 4-cü yerin sahibi “Qarabağ” klubunun yerli beynəlxalq oyunununu “Sky-box”dan izləmək imkanı qazanacaq. 3-cü yeri tutacaq komanda bahalı saatlarla mükafatlandırılacaq. 2-ci yerin sahiblərinə Su İdman Sarayında birillik premium abunəlik hədiyyə ediləcək. Yarış futbolla bağlı olduğu üçün qalib komandanın 15 üzvü üçün “Qarabağ”ın səfərdə keçirəcəyi avrokubok matçlarının birini izləmək təşkil olunacaq. Bundan başqa, turnirin ən yaxşı oyunçusu, ən yaxşı qapıçısı, ən məhsuldar oyunçusu, ən yaxşı hakimi mükafatlandırılacaq. Əlavə olaraq feyr-pley mükafatı təqdim olunacaq.

Tədbirin yekununda iştirakçı komanda nümayəndələrinin təklif və iradları dinlənilib, müzakirələr aparılıb.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının təşkilati dəstəyi, 52 dövlət qurumu, şirkət və müxtəlif təşkilatların komandalarının iştirakı ilə təşkil etdiyi turnir 2022-ci il noyabrın 19-da start götürüb.

Futbol
Çingiz Abdullayev "Neftçi"nin Müşahidə Şurasından gedib

Çingiz Abdullayev "Neftçi"nin Müşahidə Şurasından gedib

Futbol
Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirin qalibi bəlli olacaq

Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirin qalibi bəlli olacaq

Futbol
"Neftçi" əzmkar qələbə ilə liderliyə yüksəlib

"Neftçi" əzmkar qələbə ilə liderliyə yüksəlib

Futbol
"Mançester Yunayted"in sabiq futbolçusu İngiltərə klubunun baş məşqçisi olacaq

"Mançester Yunayted"in sabiq futbolçusu İngiltərə klubunun baş məşqçisi olacaq

Futbol
Marko Yankoviç: “Arzum məhz “Qarabağ” kimi klubda oynamaq idi”

Marko Yankoviç: “Arzum məhz “Qarabağ” kimi klubda oynamaq idi”

Futbol
“Böyük beşlik” liqaları dekabrın sonundan başlayacaq

“Böyük beşlik” liqaları dekabrın sonundan başlayacaq

Futbol
Avropa Liqası: "Qarabağ" ən uzun "quru" seriyaya malik 3 komandadan biridir

Avropa Liqası: "Qarabağ" ən uzun "quru" seriyaya malik 3 komandadan biridir

Futbol
“Sevilya” baş məşqçisini istefaya göndərib

“Sevilya” baş məşqçisini istefaya göndərib

Futbol
“Qarabağ”ın Konfrans Liqası oyunlarında VAR sistemindən istifadə olunacaq

“Qarabağ”ın Konfrans Liqası oyunlarında VAR sistemindən istifadə olunacaq

Futbol
Qara Qarayevin durumuna aydınlıq gəlib

Qara Qarayevin durumuna aydınlıq gəlib

Futbol
Ronaldunun karyerasını başa vuracağı tarix bəlli olub

Ronaldunun karyerasını başa vuracağı tarix bəlli olub

Futbol
DÇ-2022: İspaniya Almaniya qarşılaşması heç-heçə bitib

DÇ-2022: İspaniya Almaniya qarşılaşması heç-heçə bitib