Azərbaycan millisinin Kolumbiya ilə yoldaşlıq görüşü baş tutmaya bilər

Azərbaycan millisinin Kolumbiya ilə yoldaşlıq görüşü baş tutmaya bilər

Futbol üzrə Azərbaycan millisinin Kolumbiya ilə yoldaşlıq görüşü baş tutmaya bilər.

“QELEBE.AZ” Kolumbiya mətbuatına istinadən xəbər verir ki, Cənubi Amerika təmsilçisinin prioritetləri arasında Canni De Byazinin yetirmələri ilə oynamaq yoxdur.

Doğrudur, yığma hələ də Kolumbiya Futbol Federasiyası üçün alternativ variant olaraq qalır. Ancaq baş məşqçi Nestor Lorenzo Polşa və Serbiya ilə qarşılaşmağı üstün tutur. Cənubi amerikalılar iyunun 12-20-si aralığında məhz bu iki komanda ilə güclərini sınamağı planlaşdırırlar. Əgər Polşa və ya Serbiya ilə razılıq əldə olunmasa, o zaman AFFA ilə danışıqlara başlanılacaq.

Belə olarsa, Azərbaycanla Kolumbiya yığmaları arasında yoldaşlıq görüşünün iyunun 12-14-ü aralığında təşkili mümkün olacaq. Çünki Canni De Byazinin kollektivi həmin ayın 17-də AVRO-2024-ün seçmə mərhələsində Estoniyanı qəbul edəcək.

Qeyd edək ki, Kolumbiya millisi iyunda Avropa turnesinə çıxacağından, yoldaşlıq görüşlərini rəqiblərinin meydanında keçirəcək.

Futbol
Qurban Qurbanovdan etiraf: "Zəif oynadıq"

Qurban Qurbanovdan etiraf: "Zəif oynadıq"

Futbol
Azərbaycan millisinin müdafiəçisi yoldaşlıq oyunlarını buraxacaq

Azərbaycan millisinin müdafiəçisi yoldaşlıq oyunlarını buraxacaq

Futbol
Portuqaliya millisinin baş məşqçisi istefaya göndərilib

Portuqaliya millisinin baş məşqçisi istefaya göndərilib

Futbol
Höccət Haqverdi: “Təbrizdə Azərbaycan futbolu yaxından izlənilir”

Höccət Haqverdi: “Təbrizdə Azərbaycan futbolu yaxından izlənilir”

Futbol
DÇ-2022: Oyunlar zamanı pivə satışına qadağa tətbiq ediləcək

DÇ-2022: Oyunlar zamanı pivə satışına qadağa tətbiq ediləcək

Futbol
Avropa Liqası: “Arsenal” və “Fənərbağça” evdə qələbə qazanıb

Avropa Liqası: “Arsenal” və “Fənərbağça” evdə qələbə qazanıb

Futbol
İsveçrəli futbolçu 34 yaşında vəfat edib

İsveçrəli futbolçu 34 yaşında vəfat edib

Futbol
AFFA rəsmisi Gürcüstan millisinin oyununa təyinat alıb

AFFA rəsmisi Gürcüstan millisinin oyununa təyinat alıb

Futbol
Minifutbol üzrə Azərbaycan çempionatının püşkü atılıb

Minifutbol üzrə Azərbaycan çempionatının püşkü atılıb

Futbol
Roman Teryuşkov: "Ximki" Qurban Qurbanovla əlaqə saxlamayıb"

Roman Teryuşkov: "Ximki" Qurban Qurbanovla əlaqə saxlamayıb"

Futbol
El-Klasiko vaxtı "Barselona"nın stadionunda terror aktı planlaşdırılıb

El-Klasiko vaxtı "Barselona"nın stadionunda terror aktı planlaşdırılıb

Futbol
Fransa klubu "Qarabağ"la oyun üçün bilet satışından razı qalıb

Fransa klubu "Qarabağ"la oyun üçün bilet satışından razı qalıb