AVRO-2024: Keyn tarixə düşüb, Danimarka antirekorda imza atıb

AVRO-2024: Keyn tarixə düşüb, Danimarka antirekorda imza atıb

AVRO-2024-ün seçmə mərhələsində ötən gün keçirilmiş oyunlar bir sıra hadisələrlə əlamətdar olub.

"QELEBE.AZ" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, J qrupunda Lixtenşteyn üzərində 7:0 hesablı səfər qələbəsi İslandiya millisinin rəsmi matçlarda qazandığı ən böyükhesablı qalibiyyət kimi tarixə düşüb. Sözügedən kollektiv daha əvvəl 1985-ci ildə yoldaşlıq görüşündə Farer adalarını 9 cavabsız qolla üstələyib.

H qrupunda səfərdə Qazaxıstana uduzan Danimarka ilk dəfə 2 top fərqi ilə öndə olduğu rəsmi matçda məğlubiyyət acısı yaşayıb - 2:3. Yığmanın son 5 qoluna imza atan Rasmus Hoylund Avropa çempionatlarının seçmə mərhələlərində Ole Madsendən (ardıcıl 6 qol, 1963-cü il) sonra buna nail olan ikinci futbolçudur.

C qrupunda Ukraynaya 2:0 hesabı ilə qalib gəldikləri matçda fərqlənən İngiltərə millisinin hücumçusu Harri Keyn beynəlxalq oyunlarda 100-cü qolunu vurub və bu uğura imza atan ilk ingiltərəli oyunçu olub. "Tottenhem"in 30 yaşlı forvardı bu qolların 55-ni yığmada, 45-nə isə klubunda vurub.

İngiltərə seçməsinin digər qolunun müəllifi olan Bukayo Saka isə 21 yaş 202 günlüyündə yığmada səkkizinci dəfə fərqlənib. O, bu göstəricidə cəmi 4 futbolçudan - Diksi Din (16), Cimmi Qrivz (16), Ueyn Runi (12) və Maykl Ouendən (10) geri qalır.

Futbol
Azərbaycanın U-21 millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb - SİYAHI

Azərbaycanın U-21 millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb - SİYAHI

Futbol
İbrahima Vadji "Qarabağ"la və azarkeşlərlə vidalaşıb

İbrahima Vadji "Qarabağ"la və azarkeşlərlə vidalaşıb

Futbol
Ronaldu 2008-ci ildən bəri ilk dəfə start heyətdə yer almayıb

Ronaldu 2008-ci ildən bəri ilk dəfə start heyətdə yer almayıb

Futbol
Əliyar Ağayev Çempionlar Liqasının qrup mərhələsinin oyununu edib

Əliyar Ağayev Çempionlar Liqasının qrup mərhələsinin oyununu edib

Futbol
“Sumqayıt”ın qış hazırlıq planı açıqlanıb

“Sumqayıt”ın qış hazırlıq planı açıqlanıb

Futbol
Maksim Medvedev: “Hami başa düşürdü ki, son oyundur”

Maksim Medvedev: “Hami başa düşürdü ki, son oyundur”

Futbol
"Çelsi"nin qapıçısı London derbisini buraxacaq

"Çelsi"nin qapıçısı London derbisini buraxacaq

Futbol
“Olimpiakos”un baş məşqçisi: “Qarabağ"a qarşı dominantlıq eləmək asan deyildi"

“Olimpiakos”un baş məşqçisi: “Qarabağ"a qarşı dominantlıq eləmək asan deyildi"

Futbol
"Araz-Naxçıvan"ın Çempionlar Liqası üçün heyəti açıqlanıb

"Araz-Naxçıvan"ın Çempionlar Liqası üçün heyəti açıqlanıb

Futbol
“Şamaxı”nın qış hazırlıq proqramı məlum olub

“Şamaxı”nın qış hazırlıq proqramı məlum olub

Futbol
DÇ-2022: Fransa mundialda 1/8 finala yüksələn ilk komanda olub

DÇ-2022: Fransa mundialda 1/8 finala yüksələn ilk komanda olub

Futbol
Barış Şimşek azərbaycanlı hakimlərə seminar keçir

Barış Şimşek azərbaycanlı hakimlərə seminar keçir