Rəşad Sadıqov: "Rəqibə başını qaldırmağa imkan vermirdik"

Rəşad Sadıqov: "Rəqibə başını qaldırmağa imkan vermirdik"

"İlk hissəni yaxşı səviyyədə keçirdik. Təhlükəli hücumlar edir, rəqibə başını qaldırmağa imkan vermirdik".

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Sabah"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVII tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis son nöqtəni qoymaqda çətinlik çəkdiklərini bildirib: "Fasilədən sonra qollar buraxdıq. Artıq neçənci dəfədir, autdan başlanan oyun epizodundan sonra sadə qol buraxırıq. Rəqibin ilk təhlükəli hücumu qolla nəticələndi. Sonadək mübarizə apardıq. Oyunu çevirmək üçün bir qol lazım idi. Onu da vura bilmədik".

O, yarımmüdafiəçilər Rəhim Sadıxov və Rüstəm Əhmədzadənin çıxışından razı qaldığını söyləyib: "Elə məsələlər var ki, sırf xarakterlə bağlıdır. Hər hansı futbolçumda laqeydlik hiss etsəm, tədbir görərəm. Həm Rəhimdən, həm də Rüstəmdən çox razıyam. Oyunda da, məşqlərdə də istəklidirlər. Bəzən hansısa epizodlarda yorğunluq olur".

Baş məşqçi matçın gec vaxtda keçirilməsinin oyunun sürətinə müsbət təsir etdiyini vurğulayıb: "Bu saatlarda oynamaq yaxşıdır. Futbolçular özlərini daha gümrah hiss edirlər. Sanki beynəlxalq oyuna hazırlaşırıq. Rəqib də beynəlxalq səviyyəli komandadır. Uşaqların əziyyətinə heyfslənirəm. Yaxşı nəticə ola bilərdi. Oyunun taleyini rəqibin ustalıq səviyyəsi yüksək olan futbolçuları həll etdi".

Sadıqov hakimlərin idarəçiliyinə də toxunub: "Ona görə danışmırdıq ki, səhv etməsinlər. Epizod olurdu, sadəcə şərh edirdik. Bu il səhvlər daha azdır. Amma yenə də bəzən həlledici məqamlarda yanlış qərarlar verilir".

Mütəxəssis qapı xəttində Mehdi Cənnətova şans verməsinin səbəbini belə izah edib: "Rotasiyalar bəzən səhvlər, bəzən psixoloji hazırlıq, bəzən də rəqibə uyğun taktika ilə bağlı olur. Anar Nəzirov ürəkli oyunçularımızdandır. "Kəpəz"lə matçda ona şans verdik, özünü yaxşı tərəfdən göstərə bildi. Müəyyən detallar var ki, qərarlarımıza təsir edir".

Futbol
"Qarabağ" Premyer Liqada yeni nailiyyətə imza atıb

"Qarabağ" Premyer Liqada yeni nailiyyətə imza atıb

Futbol
Canni De Byazi: "Azərbaycanda özümü çox yaxşı hiss edirəm"

Canni De Byazi: "Azərbaycanda özümü çox yaxşı hiss edirəm"

Futbol
"Bavariya"nın əsas müdafiəçisi zədələnib

"Bavariya"nın əsas müdafiəçisi zədələnib

Futbol
"Kəpəz" yeni transferini açıqlayıb

"Kəpəz" yeni transferini açıqlayıb

Futbol
"Atletik"in futbolçusu ardıcıl 246 oyuna çıxmaqla 28 illik rekordu yeniləyib

"Atletik"in futbolçusu ardıcıl 246 oyuna çıxmaqla 28 illik rekordu yeniləyib

Futbol
BMT səfiri İranı dünya çempionatından uzaqlaşdırmaq üçün FIFA-ya müraciət edib

BMT səfiri İranı dünya çempionatından uzaqlaşdırmaq üçün FIFA-ya müraciət edib

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyun vacibdir"

"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyun vacibdir"

Futbol
Azərbaycanın FIFA referisi Konfrans Liqasının oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi Konfrans Liqasının oyununu idarə edəcək

Futbol
"Traktor" klubu Kurban Berdıyevlə vidalaşıb

"Traktor" klubu Kurban Berdıyevlə vidalaşıb

Futbol
DÇ-2022-də stadionun sökülməsinə başlanılıb

DÇ-2022-də stadionun sökülməsinə başlanılıb

Futbol
Azərbaycan millisinin Slovakiya və Qazaxıstanla oyunlar üçün heyəti açıqlanıb

Azərbaycan millisinin Slovakiya və Qazaxıstanla oyunlar üçün heyəti açıqlanıb

Futbol
Azərbaycan Premyer Liqası: İlin son hakim təyinatları açıqlanıb

Azərbaycan Premyer Liqası: İlin son hakim təyinatları açıqlanıb