"Qalatasaray" azlıqda əzmkar qələbə qazanıb

"Qalatasaray" azlıqda əzmkar qələbə qazanıb

Futbol üzrə Türkiyə Super Liqasında V tura yekun vurulub.

"Report"un məlumatına görə, turun son matçında "Qalatasaray" "Qaziantep"i qəbul edib. NEF stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsi ilə başa çatıb - 2:1.

Hesabı 27-ci dəqiqədə qonaqlardan Anhel Saqal açıb. 36-cı dəqiqədə İstanbul təmsilçisinin hücumçusu Bafetimbi Qomis tarazlığı bərpa edib. 45-ci dəqiqədə "Cim-Bom" azlıqda qalıb. Abdulkerim Bardakçı 2-ci sarı vərəqəni alaraq, meydandan qovulub. 71-ci dəqiqədə Qomis penaltidən yararlana bilməyib. "Sarı-qırmızılılar" qələbə topunu əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə vurublar. Stelios Kitsiu avtoqol müəllifi olub.

Bu qələbədən sonra xallarını 10-a çatdıran "Qalatasaray" 7-ci pilləyə yüksəlib. Eyni xala malik "Qaziantep" isə 5-cidir.

Qeyd edək ki, turnir cədvəlinə 13 xalla "Beşiktaş" başçılıq edir.

Futbol
XXI əsrdə ən çox oyun keçirən futbolçular

XXI əsrdə ən çox oyun keçirən futbolçular

Futbol
“Qalatasaray”ın vitse-prezidenti Belçikada klub alıb

“Qalatasaray”ın vitse-prezidenti Belçikada klub alıb

Futbol
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb

Erlinq Holann İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb

Futbol
"Qarabağ" Almaniyada "Frayburq"a məğlub olub

"Qarabağ" Almaniyada "Frayburq"a məğlub olub

Futbol
"Zirə"nin legioneri milli komandaya dəvət alıb

"Zirə"nin legioneri milli komandaya dəvət alıb

Futbol
"Beşiktaş" yeni baş məşqçisini açıqlayıb

"Beşiktaş" yeni baş məşqçisini açıqlayıb

Futbol
Maksim Medvedev: “Hakimin bir az bizə qarşı antipatiyası var idi”

Maksim Medvedev: “Hakimin bir az bizə qarşı antipatiyası var idi”

Futbol
Rail Məlikov: "Baş məşqçinin səhhəti pisləşib"

Rail Məlikov: "Baş məşqçinin səhhəti pisləşib"

Futbol
“Qarabağ”ın oyununa görə “Gənclik” stansiyasının iş rejimi gücləndiriləcək

“Qarabağ”ın oyununa görə “Gənclik” stansiyasının iş rejimi gücləndiriləcək

Futbol
Mahmud Qurbanov: "Komandanı azlıqda qoyan futbolçu ilə söhbətimiz olacaq"

Mahmud Qurbanov: "Komandanı azlıqda qoyan futbolçu ilə söhbətimiz olacaq"

Futbol
İspaniyada televiziya hüquqlarının satışından ən çox gəlir əldə etmiş klublar açıqlanıb

İspaniyada televiziya hüquqlarının satışından ən çox gəlir əldə etmiş klublar açıqlanıb

Futbol
Türkiyə Futbol Federasiyasının binasına silahlı hücum olub

Türkiyə Futbol Federasiyasının binasına silahlı hücum olub