Premyer Liqa: “Qarabağ” 3 qolla qalib gəlib, Musa Qurbanlı bombardirlər yarışında liderliyə yüksəlib

Premyer Liqa: “Qarabağ” 3 qolla qalib gəlib, Musa Qurbanlı bombardirlər yarışında liderliyə yüksəlib

Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

“QELEBE.AZ”un məlumatına görə, çempionatın lideri “Qarabağ” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Səbail”i sınağa çəkib.

Premyer Liqanın məğlubedilməz komandası “Qarabağ” uğurlu seriyasını bu matçda da davam etdirib. Ağdamlılar qarşılaşmanın taleyini birinci hissədə həll ediblər. 24-cü dəqiqədə Elvin Cəfərquliyev hesabı açıb. Bundan 10 dəqiqə sonra Musa Qurbanlı fərqlənərək, qollarının sayını 18-ə çatdırıb və bombardirlər yarışında birinci pilləyə yüksəlib.

Julio Romao 53-cü dəqiqədə cərimə meydanı həndəvərindən mükəmməl zərbə ilə toru silkələyib. Bu, həm də qarşılaşmada vurulan sonuncu qol olub və “Qarabağ” meydanı 3:0 hesablı qələbə ilə tərk edib.

Qalibiyyət sayəsində Qurban Qurbanovun kollektivi xal ehtiyatını 68-ə çatdırıb. Autsayder “Səbail” isə 17 xalda qalıb.

Qeyd edək ki, turun “Kəpəz” – “Zirə” və “Turan Tovuz” – “Qəbələ” görüşləri 1:1 hesablı heç-heçə ilə nəticələnib, “Sabah” “Sumqayıt”ı 4 cavabsız qolla üstələyib. Tura martın 12-də keçiriləcək “Şamaxı” – “Neftçi” matçı ilə yekun vurulacaq.

16:51

Azərbaycan Premyer Liqasının XXVI turunda lider “Qarabağ” autsayder “Səbail”lə qarşılaşacaq.

“QELEBE.AZ”un məlumatına görə, komandalar matça çıxacaqları “11-lik”ləri açıqlayıblar.

“Qarabağ”: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 6. Julio Romao, 15. Leandro Andrade

Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 19. Filip Ozobiç, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 99. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov

“Səbail”: 1. Emil Balayev (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 11. Qoba Zakpa, 99. David Qomis, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk, 4. Maksim Çex

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Mirabdulla Abbasov, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 22. Samir Abdullayev, 20. Mirəli Əhmədov, 27. Emil Martinov, 21. Kizito Luvaqa

Baş məşqçi: Şahin Diniyev

Qeyd edək ki, “Azersun Arena”da baş tutacaq görüş saat 18:00-da başlayacaq.

Futbol
Mahir Emreli “Legiya”da 2022-ci ilin antiqəhrəmanları sırasına düşüb

Mahir Emreli “Legiya”da 2022-ci ilin antiqəhrəmanları sırasına düşüb

Futbol
“Neftçi”nin baş məşqçisi ilə anlaşan prezident istefa verəcək

“Neftçi”nin baş məşqçisi ilə anlaşan prezident istefa verəcək

Futbol
Zidanın Fransa millisinin baş məşqçisi olacağı vaxt dəqiqləşib

Zidanın Fransa millisinin baş məşqçisi olacağı vaxt dəqiqləşib

Futbol
Millətlər Liqası: Türkiyə B liqasına yüksəlib

Millətlər Liqası: Türkiyə B liqasına yüksəlib

Futbol
Millətlər Liqasında "Dördlər finalı"nın keçiriləcəyi ölkə açıqlanıb

Millətlər Liqasında "Dördlər finalı"nın keçiriləcəyi ölkə açıqlanıb

Futbol
Ronaldu “Real Madrid”ə qayıtmaq üçün minimum əməkhaqqına razıdır

Ronaldu “Real Madrid”ə qayıtmaq üçün minimum əməkhaqqına razıdır

Futbol
“Real Madrid” Dueyn Consona onun adı olan forma hədiyyə edib

“Real Madrid” Dueyn Consona onun adı olan forma hədiyyə edib

Futbol
Növbəti "Qızıl top" mükafatı üçün əsas namizədlər bəlli olub

Növbəti "Qızıl top" mükafatı üçün əsas namizədlər bəlli olub

Futbol
Türkiyə Super Liqasında azarkeş meydanda futbolçuya təpik vurub - FOTO

Türkiyə Super Liqasında azarkeş meydanda futbolçuya təpik vurub - FOTO

Futbol
"Kəpəz" əvəzedici komandaya göndərilən 3 futbolçu ilə müqaviləni pozur

"Kəpəz" əvəzedici komandaya göndərilən 3 futbolçu ilə müqaviləni pozur

Futbol
"Qəbələ" Antalyada Rumıniya və Çexiya klubları ilə qarşılaşacaq

"Qəbələ" Antalyada Rumıniya və Çexiya klubları ilə qarşılaşacaq

Futbol
Qurban Qurbanov: "Qarabağ"ı asanlıqla tərk etmək fikrində deyiləm"

Qurban Qurbanov: "Qarabağ"ı asanlıqla tərk etmək fikrində deyiləm"