Mateus Saldanya: “Qarabağ”a qol vuraraq məhsuldar futbolçu kimi iz qoymaq istəyirəm”

Mateus Saldanya: “Qarabağ”a qol vuraraq məhsuldar futbolçu kimi iz qoymaq istəyirəm”

“Qarşıdakı oyunda “Qarabağ”a qol vuraraq məhsuldar futbolçu kimi iz qoymaq istəyirəm”.

“QELEBE.AZ” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Neftçi”nin braziliyalı futbolçusu Mateus Saldanya Premyer Liqanın XXIV turunda “Qarabağ”la keçiriləcək oyun barədə danışarkən deyib.

Paytaxt klubuna qış fasiləsində transfer olunan və ikinci yarının ilk 4 oyununda 2 qol vuran 24 yaşlı hücumçu bunun davamını gətirmək arzusundadır: “Həftəboyu üzərimizdə yaxşı çalışırıq. “Qarabağ”la oyuna hazırlaşırıq. Ümid edirəm ki, bu matçda da qol vuraraq komandama xeyir verəcəyəm. Vurduğum qollardan sonra özümə inamım artıb. Bu da alınmasa, ən azı assist edərək komandama kömək olmağa çalışacağam”.

Saldanya rəqibin matçlarına baxdığını sözlərinə əlavə edib: “Qarabağ”ın son oyunlarını izləmişəm. Özlüyümdə analiz eləmişəm, onlara qarşı necə oynamaq lazım olduğunu bilirəm”.

Qeyd edək ki, fevralın 27-də “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” görüşü saat 20:00-da başlayacaq.

Futbol
Mahmud Qurbanov: "Sonuncu yerdəyiksə, çox danışmağa dəyməz"

Mahmud Qurbanov: "Sonuncu yerdəyiksə, çox danışmağa dəyməz"

Futbol
2022-ci ilin ən bahalı futbolçu transferləri açıqlanıb

2022-ci ilin ən bahalı futbolçu transferləri açıqlanıb

Futbol
Messi karyerasında 1000-ci oyununa çıxıb

Messi karyerasında 1000-ci oyununa çıxıb

Futbol
Fransa millisinin futbolçuları tarixə düşüb

Fransa millisinin futbolçuları tarixə düşüb

Futbol
Moldovalı futbolçu: "Azərbaycan millisi ilə matça yoldaşlıq oyunu kimi baxmırıq"

Moldovalı futbolçu: "Azərbaycan millisi ilə matça yoldaşlıq oyunu kimi baxmırıq"

Futbol
"Araz-Naxçıvan"ın daha bir rəqibi müəyyənləşib

"Araz-Naxçıvan"ın daha bir rəqibi müəyyənləşib

Futbol
Kilian Mbappe cari ildə ən çox qol vuran futbolçu olub

Kilian Mbappe cari ildə ən çox qol vuran futbolçu olub

Futbol
Joze Alesio de Silva: "İlk 3 qolu rəqib vurmadı, biz hədiyyə etdik"

Joze Alesio de Silva: "İlk 3 qolu rəqib vurmadı, biz hədiyyə etdik"

Futbol
"Şamaxı" 90 aydan sonra çempionatda məhsuldarlıq nümayiş etdirib

"Şamaxı" 90 aydan sonra çempionatda məhsuldarlıq nümayiş etdirib

Futbol
Azərbaycanın cüdo yığmasının medal sıralamasındakı mövqeyi bəlli olub

Azərbaycanın cüdo yığmasının medal sıralamasındakı mövqeyi bəlli olub

Futbol
"Yuventus"un prezidenti və vitse-prezidenti istefa verib

"Yuventus"un prezidenti və vitse-prezidenti istefa verib

Futbol
Qətər koronavirusa qarşı peyvənd olunmayanlar üçün karantini ləğv edir

Qətər koronavirusa qarşı peyvənd olunmayanlar üçün karantini ləğv edir