Abubakar rəsmən "Şimal"da

Abubakar rəsmən "Şimal"da

Azərbaycan I Liqasında çıxış edən "Şimal" klubu heyətinə nigeriyalı futbolçu qatıb.

Apasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçi Umar Abubakarla mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

Xatırladaq ki, oyunçu Moldovanın "Saksan" və Tacikistanın "İstiklol" komandalarında çıxış edib.