"Gəncəbasar"dan yeni transfer
I Liqada mübarizə aparan “Gəncəbasar” heyətini yeni futbolçu ilə gücləndirib.
İdman.Biz xəbər verir ki, bölgə təmsilçisi İlham Hüseynovu heyətinə cəlb edib.
21 yaşlı hücumçu ilə bir illik müqavilə imzalanıb.
Gəncə futbol məktəbinin yetirməsi olan futbolçu son olaraq “Qaradağ Lökbatan”ın şərəfini qoruyub.

https://mail.qelebe.az//uploads/photo/quotgencebasarquotdan-yeni-transfer.webp