"Yuventus"a Kenan Yıldız şoku: 2 ay oynamayacaq
“Yuventus”un futbolçusu Kenan Yıldız ciddi zədə problemi ilə üzləşib.
Apasport.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
21 yaşlı futbolçunun zədə səbəbindən əməliyyat olunması variantı nəzərdən keçirilir. Türkiyə millisinin üzvünün cərrahi müdaxiləyə ehtiyac yaranacağı halda ən azı iki ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Kenan son olaraq A Seriyasının “Frozinone” ilə matçından sonra sol ayağında problem hiss edib və müayinədən keçib.
“Yuventus” hazırda futbolçunun müalicəsinin hansı üsulla davam etdiriləcəyini müəyyənləşdirməyə çalışır.
Bu zədə Yıldızın gələcəyi ilə bağlı transfer söz-söhbətlərinin artdığı vaxta təsadüf edib. Türkiyəli vingerin adı son günlər İngiltərənin “Arsenal” klubu ilə hallanır. London təmsilçisinin onu hücum xəttini gücləndirmək üçün əsas namizədlərdən biri hesab etdiyi bildirilir.
Qeyd edək ki, Kenan Yıldızın “Yuventus”la müqaviləsi 2030-cu ilin yayına qədərdir.

https://mail.qelebe.az//uploads/photo/quotyuventusquota-kenan-yildiz-shoku-2-ay-oynamayacaq.webp