Dünya çempionatının sonuncu günündə 2 medal
Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U-20 dünya çempionatı sona çatıb.
Apasport.az xəbər verir ki, sonuncu yarış günündə 70, 74, 97 və 125 kq-da medalçılar müəyyənləşib.
Hacı Kərimov (70 kq) finalda iranlı Sina Mehdi Xəliliylə qarşılaşıb. Rəqibinə 3:7 hesabıyla məğlub olan Hacı gümüş medalı boynundan asıb.
Yusif Dursunov (125 kq) bürünc medal uğrunda görüşdə gürcüstanlı Aleksandre Abramişviliylə güləşib. Qarşılaşmanın əvvəlindən təşəbbüsü ələ keçirən Yusif sonadək üstünlüyü davam etdirib və 6:0 hesablı qələbəylə dünya üçüncüsü olub.
Beləliklə, güləşçilərimiz gənclərin dünya çempionatında 9 (1 qızıl, 4 gümüş, 4 bürünc) medal qazanıb.

https://mail.qelebe.az//uploads/photo/dunya-chempionatinin-sonuncu-gununde-2-medal.webp