Elmar Baxşıyev: "Əvvəlki oyunlarda qələbə üçün nəsə çatışmırdı"

Elmar Baxşıyev: "Əvvəlki oyunlarda qələbə üçün nəsə çatışmırdı"

"Komandamın çıxışından razıyam. 6 turdan sonra qələbə qazandıq. Əvvəlki oyunlarda da bunu edə bilərdik. Sadəcə, nəsə çatışmırdı".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIII tur oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis 3 xal üçün komandasına təşəkkür edib: "Bu gün istəyimizə çatdıq. Düşünürəm ki, layiqli qələbə qazandıq. Komandada oyun baxımından sıxıntı hiss etmirəm. Bəli, daha yaxşı ola bilərik. "Qəbələ" getdikcə daha məzmunlu oyun sərgiləyəcək".

Onun sözlərinə görə, son dəqiqələrin gərgin keçməsi normal hadır: "Bir tərəfdən, qol epizodları yaratmağımız məni sevindirir. Çünki bunun üçün güc tələb olunur. Digər tərəfdən isə imkanları qola çevirmədikcə rəqibə şans verirsən".

Baxşıyev zədəsini yenicə sağaldan Yaovi Akakpo ilə yaşının çoxluğuna baxmayaraq istəkli görünən Asif Məmmədovun çıxışına da toxunub: "Ötən tur Akakpoya oynamaq şansı vermişdik. Lakin hələ tam hazır deyil. Zamana ehtiyac var. Amma məşqlərdə müsbət siqnallar görürük. Növbəti turlarda daha çox oynamaq imkanı qazanacaq. Kapitana gəlincə, futbolçunun həvəsli olması normaldır. Universal oyunçudur. Həm müdafiədə, həm də hücumda komandaya öz köməyini göstərə bilir".

Mütəxəssis 4-cü pillədə yer alan "Zirə"nin "Qarabağ"la sabahkı oyunu barədə düşünmədiklərini söyləyib: "Biz öz oyunumuz üzərində dayanmışıq. Ən önəmlisi odur ki, komandamız necə nəticə qazanacaq. Rəqib xal itirəcək, ya itirməyəcək, bu barədə fiirləşmirik".

Baş məşqçi "Sumqayıt"la görüşdə fərqlənən Rafael Utziqdən narazılığının olmadığını vurğulayıb: "Kənardan bəlkə də Utziqin hansısa probleminin olduğu görünür. Amma belə deyil. Yeganə çatışmazlıq az qol vurmağıdır. Unutmayaq ki, son 3 oyunda 2 dəfə fərqlənib. Ondan narazılığım yoxdur".

Futbol
"Fənərbağça"nın istədiyi futbolçu "Trabzonspor"a keçib

"Fənərbağça"nın istədiyi futbolçu "Trabzonspor"a keçib

Futbol
"Neftçi"nin legioneri: "Kuboku qazanmaq üçün əla şansımız var"

"Neftçi"nin legioneri: "Kuboku qazanmaq üçün əla şansımız var"

Futbol
La Liqa: "Barselona" darmadağın hesabla qalib gəlib

La Liqa: "Barselona" darmadağın hesabla qalib gəlib

Futbol
Kilian Mbappe PSJ-də qalmaq üçün üç şərt irəli sürüb

Kilian Mbappe PSJ-də qalmaq üçün üç şərt irəli sürüb

Futbol
Aleksander Çeferin yenidən UEFA prezidentliyinə namizəd olacaq

Aleksander Çeferin yenidən UEFA prezidentliyinə namizəd olacaq

Futbol
Peşəkar Futbol Liqası yeni VAR qurğusu alır

Peşəkar Futbol Liqası yeni VAR qurğusu alır

Futbol
DÇ-2022-də növbəti sensasiya: Almaniya Yaponiyaya məğlub olub

DÇ-2022-də növbəti sensasiya: Almaniya Yaponiyaya məğlub olub

Futbol
"Qarabağ"ın rəqibi evdə inamlı qələbə qazanıb

"Qarabağ"ın rəqibi evdə inamlı qələbə qazanıb

Futbol
"Bavariya" Çempionlar Liqasında rekord qırıb

"Bavariya" Çempionlar Liqasında rekord qırıb

Futbol
“Sumqayıt” Rusiya klubu ilə qarşılaşacaq

“Sumqayıt” Rusiya klubu ilə qarşılaşacaq

Futbol
"Neftçi"nin baş məşqçisi: "Gəncədəki stadionda otun hündürlüyü böyük idi"

"Neftçi"nin baş məşqçisi: "Gəncədəki stadionda otun hündürlüyü böyük idi"

Futbol
Sergey Kleşenko: "Azərbaycan millisinin bizdən güclü və ya zəif olduğunu sabahkı oyun göstərəcək"

Sergey Kleşenko: "Azərbaycan millisinin bizdən güclü və ya zəif olduğunu sabahkı oyun göstərəcək"