Sergey Kleşenko: "Azərbaycan millisinin bizdən güclü və ya zəif olduğunu sabahkı oyun göstərəcək"

Sergey Kleşenko: "Azərbaycan millisinin bizdən güclü və ya zəif olduğunu sabahkı oyun göstərəcək"

"Rəqibin bizdən güclü və ya zəif olduğunu sabahkı oyun göstərəcək".

"Report"un məlumatına görə, bunu Moldova millisinin baş məşqçisi Sergey Kleşenko evdə Azərbaycana qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, iki kollektiv arasında elə də böyük fərq yoxdur: "Bu oyunlar həm seçim, həm də nəzarət xarakteri daşıyır. Sabah meydana gənc futbolçular da çıxacaqlar. Düşünürəm ki, ehtiyat qüvvənin də nə dərəcədə hazır olduğunu yoxlamaq lazımdır".

O, start heyətini, demək olar ki, müəyyənləşdirdiyini söyləyib: "Heç vaxt oyun gününə qədər qərar qəbul etmirəm. Hamı sağlam olsa, start heyətlə bağlı fikrim dəyişməyəcək. Meydana maksimum döyüşkən heyət buraxacağıq".

Baş məşqçi Maksim Kojokar və Vyaçeslav Posmakla yanaşı, Artur Kraçunla Yon Nikolaeskunun də Azərbaycana millisinə qarşı oynamayacağını vurğulayıb: "Kraçunun zədə aldığını bilirdik, sadəcə, yerində yoxlanılmasını istədik. Məlum oldu ki, qarşıdakı matçlara iştirak edə bilməyəcək. Nikolaeskuya gəlincə, həkimlər oynamağına icazə vermirlər. Yenidən zədələnmə ehtimalı yüksəkdir. Onun sağlamlığını riskə atmayacağıq. Başqa çıxış yolları axtaracağıq".

Kleşenko seçmə mərhələyə hazırlıq baxımından Azərbaycan yığmasının rəqib seçilməsinə də toxunub: "Yoldaşlıq oyunları üçün seçim imkanımız az idi. Rumıniya yığması ilə görüş əvvəldən planlaşdırılmışdı. Ona görə də ikinci rəqib axtarırdıq və biz Azərbaycan millisi ilə razılığa gələ bildik".

Qeyd edək ki, noyabrın 16-da Kişineudakı "Zimbru" stadionunda oynanılacaq Moldova - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Futbol
"Qarabağ"ın müdafiəçisi zədələnib

"Qarabağ"ın müdafiəçisi zədələnib

Futbol
"Neftçi" "İnter", "Yuventus" və "Atletiko" ilə eyni turnirdə mübarizə aparacaq

"Neftçi" "İnter", "Yuventus" və "Atletiko" ilə eyni turnirdə mübarizə aparacaq

Futbol
Argentina millisi dünya rekordunu təkrarlaya bilməyib

Argentina millisi dünya rekordunu təkrarlaya bilməyib

Futbol
PSJ klubu “Qarabağ”ın yer aldığı məğlubedilməzlər siyahısını tərk edib

PSJ klubu “Qarabağ”ın yer aldığı məğlubedilməzlər siyahısını tərk edib

Futbol
Azərbaycan Premyer Liqası: XI turun hakimləri bəlli olub

Azərbaycan Premyer Liqası: XI turun hakimləri bəlli olub

Futbol
Avropa Liqası: "Qarabağ"ın rəqibi ilk qələbəsini qazanıb

Avropa Liqası: "Qarabağ"ın rəqibi ilk qələbəsini qazanıb

Futbol
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirdə ilk yarımfinalçılar bəlli olub

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirdə ilk yarımfinalçılar bəlli olub

Futbol
FIFA referisi: “Azərbaycan çempionatını idarə etmək daha çətindir”

FIFA referisi: “Azərbaycan çempionatını idarə etmək daha çətindir”

Futbol
Almaniya yığması İspaniyadan kömək istəyib

Almaniya yığması İspaniyadan kömək istəyib

Futbol
Benzema "Real"la müqaviləni uzadacaq

Benzema "Real"la müqaviləni uzadacaq

Futbol
İngiltərə millisinin müdafiəçisi DÇ-2022-ni buraxacaq

İngiltərə millisinin müdafiəçisi DÇ-2022-ni buraxacaq

Futbol
Messi yeni müqavilə ilə bağlı PSJ rəhbərliyinə söz verib

Messi yeni müqavilə ilə bağlı PSJ rəhbərliyinə söz verib