Qurban Qurbanov: "Komandamız sonadək mübarizə apardı"

Qurban Qurbanov: "Komandamız sonadək mübarizə apardı"

"Futbolçularıma təşəkkür edirəm. Bu gün meydanda sonadək mübarizə aparan kollektiv gördüm".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Belçika "Gent"inə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçından sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis pley-offda ilk qalibiyyətin oyunçuların böyüməsi üçün önəmli olduğunu bildirib: "Dinamik rəqibə qarşı çıxış edirdik. Bu cür komandalara həmişə hörmətlə yanaşıram. Çox sürətli oynayırdılar. Onlara qarşı mübarizə aparmaq böyümək üçün şansdır".

Qurbanov yeni transferlərdən razı qaldığını söyləyib: "Onlara bir az vaxt lazımdır. İşlər pis getmir. Hamısı məsuliyyətli futbolçulardır".

Baş məşqçi rəqibin aqressiv pressinq etdiyini vurğulayıb: "Bu səbəbdən uzun toplar üzərində çox çalışmışdıq. Onların hücumda potensialı çox yaxşıdır".

Mütəxəssis qapıda Luka Quqeşaşviliyə şans verilməsi barədə də danışıb: "Matçlardan əvvəl oyunçuların psixoloji durumuna baxırıq. Amin Ramazanovda həyəcan bir az çoxalırdı. Ona güvənirik. Növbəti görüşlərdə oynamaq ehtimalı çoxdur. Bəzi xırda detalları deməmək daha doğru olar".

Qurbanov penaltini boşa verən Ramil Şeydayevin psixoloji durumunun normal olduğunu deyib: "Futbolda belə hallar olur. Məncə, bunun qarşıdakı matçlarda Ramilə faydası olacaq".

Futbol
PFL prezidenti: “Superkuboku bərpa etməyə çalışırıq” - EKSKLÜZİV

PFL prezidenti: “Superkuboku bərpa etməyə çalışırıq” - EKSKLÜZİV

Futbol
Əfran İsmayılovun durumuna aydınlıq gəlib

Əfran İsmayılovun durumuna aydınlıq gəlib

Futbol
Konfrans Liqası: “Qarabağ” “səpələnməmişlər”lərdən olacaq

Konfrans Liqası: “Qarabağ” “səpələnməmişlər”lərdən olacaq

Futbol
Millətlər Liqası: Türkiyə B liqasına yüksəlib

Millətlər Liqası: Türkiyə B liqasına yüksəlib

Futbol
Qurban Qurbanov: "Bundesliqanın hazırkı lideri ilə oyunda istəyimiz böyükdür" 

Qurban Qurbanov: "Bundesliqanın hazırkı lideri ilə oyunda istəyimiz böyükdür" 

Futbol
UEFA Qara Qarayevi təbrik edib

UEFA Qara Qarayevi təbrik edib

Futbol
Mahir Emreli “Legiya”da 2022-ci ilin antiqəhrəmanları sırasına düşüb

Mahir Emreli “Legiya”da 2022-ci ilin antiqəhrəmanları sırasına düşüb

Futbol
Üç futbolçu "Fənərbağça"dan kənarlaşdırılıb

Üç futbolçu "Fənərbağça"dan kənarlaşdırılıb

Futbol
"Turan Tovuz" - "Kəpəz" oyunundan sonra dava düşüb

"Turan Tovuz" - "Kəpəz" oyunundan sonra dava düşüb

Futbol
“Sevilya” İsko ilə müqaviləni ləğv edib

“Sevilya” İsko ilə müqaviləni ləğv edib

Futbol
Luka Modriç Xorvatiya millisində tarixi nailiyyətə imza atıb

Luka Modriç Xorvatiya millisində tarixi nailiyyətə imza atıb

Futbol
"Qarabağ"ın sabiq rəqibi baş məşqçisini istefaya göndərib

"Qarabağ"ın sabiq rəqibi baş məşqçisini istefaya göndərib