Böyük Dəbilqə: Orxan Səfərov gümüş medal qazanıb

Böyük Dəbilqə: Orxan Səfərov gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Orxan Səfərov İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqədə final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 66 kq-da yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Vaja Margelaşvili ilə üz-üzə gəlib.

Rəqibinə 1:2 hesabı ilə uduzan Səfərov ikinci yerlə kifayətlənib.

Beləliklə, Azərbaycan cüdoçuları yarışın ilk gününü bir medalla başa vurub.

19:43

Azərbaycan cüdoçusu Balabəy Ağayev İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqədə medal qazana bilməyib.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Salih Yıldıza (Türkiyə) uduzub.

66 kq-dakı Orxan Səfərov finalda Vaja Margelaşvili (Gürcüstan) ilə güləşəcək.

16:49

Azərbaycan cüdoçusu Orxan Səfərov İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqədə finala yüksəlib.

"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Laşa Nadiradzeni (Gürcüstan) məğlub edib.

O, qızıl medal uğrunda Vaja Margelaşvili (Gürcüstan) - Alberto Martin (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

60 kq-dakı Balabəy Ağayev eyni raundda Luka Mxeidzeyə (Fransa) uduzub. İdmançı bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.

Qeyd edək ki, Böyük Dəbilqə fevralın 18-də başa çatacaq.

16:10

Azərbaycanın iki cüdoçusu İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqədə yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev, 66 kq-da Orxan Səfərov bu mərhələyədək irəliləməyi bacarıb.

Ağayev ardıcıl olaraq Bryan Qarboa (Ekvador) və Simone Aversanı (İtaliya) məğlub edib. Onun yarımfinaldakı rəqibi Luka Mxeidze (Fransa) olacaq. Eyni çəkidəki Turan Bayramov 1/8 finalda Salih Yıldıza (Türkiyə) yenilib.

Orxan Səfərov Xoakin Tovalyari (Argentina), David Qarsiya (İspaniya) və Denislav İvanovla (Bolqarıstan) dueldən qalib ayrılıb. Avropa çempionu finala gedən yolda Laşa Nadiradzenin (Gürcüstan) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, Böyük Dəbilqə fevralın 18-də başa çatacaq.

Futbol
UEFA "Neftçi"yə ödəniş edib

UEFA "Neftçi"yə ödəniş edib

Futbol
La Liqa: "Barselona" "Valensiya"nı məğlub edib

La Liqa: "Barselona" "Valensiya"nı məğlub edib

Futbol
AFFA İcraiyyə Komitəsinin qərarları bəlli olub

AFFA İcraiyyə Komitəsinin qərarları bəlli olub

Futbol
Avropa Liqasında ən uzun səfər "Qarabağ"a görə olacaq

Avropa Liqasında ən uzun səfər "Qarabağ"a görə olacaq

Futbol
DÇ-2022: Kanada və Mərakeş millilərinin ilk “11-lik”ləri bəlli olub

DÇ-2022: Kanada və Mərakeş millilərinin ilk “11-lik”ləri bəlli olub

Futbol
Avstriya – Azərbaycan matçının məkanı dəqiqləşib

Avstriya – Azərbaycan matçının məkanı dəqiqləşib

Futbol
DÇ-2022: Argentina Səudiyyə Ərəbistanına uduzub

DÇ-2022: Argentina Səudiyyə Ərəbistanına uduzub

Futbol
Mbappe Çempionlar Liqasında ilk turun ən yaxşı qol müəllifi seçilib

Mbappe Çempionlar Liqasında ilk turun ən yaxşı qol müəllifi seçilib

Futbol
Pele dəfn olunub

Pele dəfn olunub

Futbol
"Mançester Yunayted" klubu gələn ilin əvvəlində satılacaq

"Mançester Yunayted" klubu gələn ilin əvvəlində satılacaq

Futbol
"Qarabağ" "Nant"la oyunda bir dəqiqəlik sükut üçün UEFA-ya müraciət edib

"Qarabağ" "Nant"la oyunda bir dəqiqəlik sükut üçün UEFA-ya müraciət edib

Futbol
"Qarabağ"dan ayrılan futbolçu İspaniya klubuna keçib

"Qarabağ"dan ayrılan futbolçu İspaniya klubuna keçib