"Qarabağ"ın legioneri: "Bunu hörmətsizlik kimi qəbul edirəm"

"Qarabağ"ın legioneri: "Bunu hörmətsizlik kimi qəbul edirəm"

"Görüş ərzində 50/50-yə epizodlar olan zaman baş hakimin daha çox rəqibin leyhinə qərarlar verməsinin şahidi olduq. Belə hal məni məyus edir. Bunu kiçik komandalara qarşı hörmətsizlik kimi qəbul edirəm".

Bunu "Report"a açıqlamasında "Qarabağ"ın futbolçusu Marko Veşoviç Almaniyada "Frayburq"a 1:2 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunundan sonra deyib.

31 yaşlı müdafiəçi görüşün sonlarındakı mübahisəli penalti epizodu ilə bağlı dəqiqə nəsə deyə bilməyəcəyini söyləyib: "Çünki epizodu tam olaraq izləmək imkanım olmayıb. Hakimin qərarı ilə bağlı da nəsə deyə bilmərəm",

Monteneqrolu oyunçu qarşılaşmaya çox pis başladıqlarını etiraf edib: "İlk 15-20 dəqiqəni komandamız üçün pis hesab edirəm. Həmin vaxt çox çətinlik çəkdik. Qapımızda iki qol gördük. Amma görüşün qalan hissəsində topa nəzarət etdik və daha çox qol şansı yaratdıq və yaxşı oynadıq".

Veşoviç Bundesliqanın hazırkı liderinə qarşı üstün oyun sərgilədiklərini bildirib: "Belə oynayacağımızı gözləyirdim. İlk 15 dəqiqədə gərgin idik və bu səbəbdən qollar buraxdıq. Amma göstərdiyimiz oyuna görə əldə olunan nəticə bizi üzür. Meydanda sərgilədiyimiz oyuna görə bu qarşılaşmada ən azı heç-heçəyə layiq idik".

Görüşdə komandasının yeganə qolunun müəllifi olan müdafiəçi UEFA Avropa Liqasının qrup mərhələlərində ilk təfə fərqlənməsinə münasibət bildirib: "Bu qol əslində mənim üçün önəmlidir. Belə turnirdə ilk qolu Bundesliqanın liderinə, "Frayburq" kimi komandaya vurmaq xüsusi önəm kəsb edir. Amma mənim işim qol vurmaq deyil. Üzərimə düşən işi yüksək səviyyədə görməliyəm. Sanki bu qol işimin yüksək səviyyədə görülməsinin mükafatıdır. Nəticəyə görə isə məyusam. Buna baxmayaraq komandamızın oyunu mənə nikbinlik verir. İnanıram ki, qarşıdakı matçlarda yaxşı nəticə qazanacağıq".

Veşoviç qrup mərhələsinin II turunda Bakıda qarşılaşacaqları Fransanın "Nant" klubu haqqında da danışıb: "Nant" da çətin rəqibdir. Evdə oynayacağıq. Amma rəqib də Fransa Liqa 1-də çıxış edir. Bu isə onların güclü komanda olmasından xəbər verir. Amma hər matçda olduğu kimi yenə yaxşı oyun nümayiş etdirib, nəticə qazanmaq istəyirik. Avrokuboklarda çıxış etməyə layiq olduğumuzu göstərməyə çalışacağıq".

Qeyd edək ki, "Qarabağ" - "Nant" matçı sentyabrın 15-də keçiriləcək.

Futbol
Məşhur argentinalı futbolçunun forması hərraca çıxarılıb

Məşhur argentinalı futbolçunun forması hərraca çıxarılıb

Futbol
"Olimpiakos" Avropa Liqası üçün heyətini açıqlayıb

"Olimpiakos" Avropa Liqası üçün heyətini açıqlayıb

Futbol
Azərbaycanın FIFA referisi: "Arzum mundialın final mərhələsinə təyinat almaqdır"

Azərbaycanın FIFA referisi: "Arzum mundialın final mərhələsinə təyinat almaqdır"

Futbol
"Qarabağ" Almaniyada "Frayburq"a məğlub olub

"Qarabağ" Almaniyada "Frayburq"a məğlub olub

Futbol
"Qarabağ"ın futbolçusu: "Bəzən oyun istədiyimiz kimi getmirdi"

"Qarabağ"ın futbolçusu: "Bəzən oyun istədiyimiz kimi getmirdi"

Futbol
Ermənistan yığmasının baş məşqçisinin mətbuat konfransı boykot olunub

Ermənistan yığmasının baş məşqçisinin mətbuat konfransı boykot olunub

Futbol
Azərbaycan millisinin futbolçusu "Sabah"ın tarixinə düşüb

Azərbaycan millisinin futbolçusu "Sabah"ın tarixinə düşüb

Futbol
"Sumqayıt" Araz Abdullayevlə müqaviləni ləğv edib

"Sumqayıt" Araz Abdullayevlə müqaviləni ləğv edib

Futbol
Kerjakov "Səbail"in baş məşqçisi olacağı ilə bağlı iddialara münasibət bildirib

Kerjakov "Səbail"in baş məşqçisi olacağı ilə bağlı iddialara münasibət bildirib

Futbol
Gəncədə tarixi derbi, "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək

Gəncədə tarixi derbi, "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək

Futbol
“Qarabağ”ın Avroliqadakı rəqibi Bundesliqada darmadağın olub

“Qarabağ”ın Avroliqadakı rəqibi Bundesliqada darmadağın olub

Futbol
"Neftçi" Antalyadakı ilk oyununda heç-heçə edib

"Neftçi" Antalyadakı ilk oyununda heç-heçə edib