FHN komandasının üzvləri beynəlxalq yarışda uğur qazanıblar

FHN komandasının üzvləri beynəlxalq yarışda uğur qazanıblar

Fövəqladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda İstanbulda uşaqlar, yeniyetmələr, böyüklər və veteranlar arasında keçirilən Şotokan karate (WSF) üzrə 16-cı dünya çempionatında iştirak edərək uğur qazanmış FHN komandasının üzvləri ilə görüş olub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, qalib idmançılar və onların məşqçi-müəllimləri ilə görüşən FHN-in İdman-sağlamlıq klubunun rəisi, Azərbaycan Karate Federasiyasının vitse-prezidenti, 8-ci dan qara kəmərin sahibi Füzuli Musayev onları təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edilib ki, üç gün davam edən çempionatda 19 müxtəlif ölkədən 1300 idmançı olmaqla müxtəlif yaş kateqoriyalarında şəxsi, komanda, kata və kumite yarışlarında əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar.

Yarışda çıxış edən FHN-in karate üzrə uşaq, yeniyetmə, böyüklərdən ibarət komandasının üzvləri məşqçi-müəllimlər Rafael Məmmədov, Akif Kərimov, Cavid Həmidov, Xəyal Hüseynov, Tural Ələkbərli və Murad Hacızadənin rəhbərliyi altında yüksək nəticələr əldə etməyi bacarıblar. Belə ki, qızlar arasında kumite yarışlarında -55 kq çəki dərəcəsində Azərin Nəcəfova (18-21 yaş), -54 kq çəki dərəcəsində Zeynəb İbrahimli (14-15 yaş), -43 kq çəki dərəcəsində Fatimə Salahlı (12-13 yaş), +66 kq çəki dərəcəsində Nuray İbadova (16-17 yaş) bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olublar. Komandanın digər üzvü Mədinə Cəfərova (16-17 yaş) -53 kq çəki dərəcəsində yarışın gümüş medalına layiq görülüb.

Bundan əlavə, oğlanlar arasında kumite yarışlarında -45 kq çəki dərəcəsində Renat Məmmədli (10-11 yaş), -50 kq çəki dərəcəsində Əkbər İbrahimov (12-13 yaş), -57 kq çəki dərəcəsində Amin Gözəlov (14-15 yaş) qızıl medala, -51 kq çəki dərəcəsində Həsən Osmanov (16-17 yaş), -50 kq çəki dərəcəsində Məhəmməd Mailli (12-13 yaş), -63 kq çəki dərəcəsində Əziz Əhmədli (14-15 yaş), -40 kq çəki dərəcəsində Mehdi Nəcəfzadə (12-13 yaş), -40 kq çəki dərəcəsində Ramal Məmmədli (10-11 yaş), -55 kq çəki dərəcəsində Azər Hacızadə (16-17 yaş), +45 kq çəki dərəcəsində Xəlil Güləhmədli (10-11 yaş), -67 kq çəki dərəcəsində Amil Hacıyev (18-21 yaş), -50 kq çəki dərəcəsində Cavid Hacıyev (12-13 yaş) bürünc medala yiyələnməyi bacarıblar. Komanda kumite yarışlarında Əhəd Manafov, Cavid Hacıyev, Nizami Əliyev, Azər Hacızadə, Amin Gözəlov, Renat Məmmədli, Xəlil Güləhmədli qızıl medala sahibi olublar.

Böyüklər arasında keçirilən şəxsi kumite yarışlarında Nicat Kərimli -75 kq çəki dərəcəsində qızıl, Xəyal Məmmədov isə -84 kq çəki dərəcəsində gümüş medal qazanıb. Böyüklər arasında keçirilən sərbəst üslubda cu kumite yarışlarında FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı daxili xidmət baş leytenantı Murad Hacızadə +84 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Komandanın digər üzvləri Bəxtiyar Məmmədov gümüş, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı daxili xidmət mayoru İlqar Ələkbərov isə bürünc medalın sahibi olublar. Veteranlar arasında isə Rafael Məmmədov bütün rəqiblərinə qalib gələrək qızıl medala yiyələnməyi bacarıb.

Qaliblərə Dünya Şotokan Karate Federasiyasının təsis etdiyi medal və diplomlar təqdim edilib.

Döyüş növləri
Azərbaycan boksçuları beynəlxalq turnirdə 12 medal qazanıb

Azərbaycan boksçuları beynəlxalq turnirdə 12 medal qazanıb

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatına yekun vurulub - FOTOLENT

Boks üzrə Azərbaycan çempionatına yekun vurulub - FOTOLENT

Döyüş növləri
Azərbaycanın 2 boksçusu Qazaxıstanda beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın 2 boksçusu Qazaxıstanda beynəlxalq turnirdə bürünc medal qazanıb

Döyüş növləri
Dünya çempionatında mübarizə aparacaq boksçularımızın adı bəlli olub

Dünya çempionatında mübarizə aparacaq boksçularımızın adı bəlli olub

Döyüş növləri
FHN əməkdaşları arasında sərbəst güləş üzrə çempionat keçirilib - FOTO

FHN əməkdaşları arasında sərbəst güləş üzrə çempionat keçirilib - FOTO

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatında komanda sayı açıqlanıb

Boks üzrə Azərbaycan çempionatında komanda sayı açıqlanıb

Döyüş növləri
Azərbaycan boksçuları ABŞ-da 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb

Azərbaycan boksçuları ABŞ-da 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb

Döyüş növləri
Azərbaycanın üç boksçusu Avropa birinciliyində medalı təmin edib

Azərbaycanın üç boksçusu Avropa birinciliyində medalı təmin edib

Döyüş növləri
Taekvondo üzrə milli komandanın məşqçilər korpusunda dəyişiklik olub

Taekvondo üzrə milli komandanın məşqçilər korpusunda dəyişiklik olub

Döyüş növləri
Kəmaləddin Heydərov dünya çempionatına yollanacaq taekvondoçularla görüşüb

Kəmaləddin Heydərov dünya çempionatına yollanacaq taekvondoçularla görüşüb

Döyüş növləri
Azərbaycan taekvondoçuları Avropa çempionatında mübarizə aparacaq

Azərbaycan taekvondoçuları Avropa çempionatında mübarizə aparacaq

Döyüş növləri
Beynəlxalq Cüdo Federasiyası Rusiyanı yarışdan kənarlaşdırıb

Beynəlxalq Cüdo Federasiyası Rusiyanı yarışdan kənarlaşdırıb