Boks üzrə Azərbaycan çempionatına yekun vurulub - FOTOLENT

Boks üzrə Azərbaycan çempionatına yekun vurulub - FOTOLENT

Kişi boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 38 komandanın 146 boksçusu qüvvəsini sınayıb. 7 gün davam edən turnirdə 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Boks Mərkəzində təşkil olunan final döyüşlərini gənclər və idman naziri Fərid Qayıbov, Boks Federasiyasının prezidenti Sahil Babayev, Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov, Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, “Zirə” Peşəkar Futbol klubunun və Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl da izləyiblər.

Mükafatlandırmadan öncə Fərid Qayıbovla Sahil Babayev gənclər və yeniyetmələr arasında Avropa birinciliyində, eyni zamanda qadınlar arasında qitə çempionatında uğur qazanmış boksçularla görüşüb.

Ardınca rəsmi qonaqlar 48 kq, 51 kq, 54 kq, 57 kq və 60 kq çəki dərəcəsində ilk 3 yerin sahiblərini mükafatlandırıblar. Həmçinin Boks Federasiyasının prezidenti Azərbaycan çempionatını idarə etmək üçün Türkiyə və Özbəkistandan dəvət edilən hakimlərə sertifikat verib.

Həlledici döyüşlərdə qalib gələn Tural Sarıyev, Məsud Yusifzadə, Ruslan Qədirov, Ümid Rüstəmov, Tayfur Əliyev, Malik Həsənov, Nəbi İsgəndərov, Rəşid Həsənov, Mirşərif Kazımzadə, Murad Allahverdiyev, Eldar Quliyev, Alfonso Dominqes və Məhəmməd Abdullayev çempion tituluna sahib olublar.

Turnirin komanda hesabında “Neftçi” İdman Klubu 46 xalla birinci yeri tutub. İkinci pilləyə BFL (21) yiyələndiyi halda, “üçlüy”ü MOİK (18) qapayıb.

Çempionatda ən yaxşı boksçu adına Rəşid Həsənov layiq görülüb. Nəsrəddin Məmmədov ən yaxşı hakim, İlham Əlimzanov isə ən yaxşı məşqçi adına sahib olub.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Azərbaycan çempionatı
VII günün nəticələri
Finallar

48 kq
Tural Sarıyev (“Neftçi” İK) – Həsən Məlikov (BFL) – 5:0

51 kq
Məsud Yusifzadə (BFL) – Nicat Hüseynov (UGİM-1) – birinci tam üstünlüklə qalib gəlib

54 kq
Ruslan Qədirov (MOİK) – Namiq Yarəliyev (Qəbələ) – 5:0

57 kq
Ümid Rüstəmov (DİN İK) – Əzrək Bəbirov (BFL) – 5:0

60 kq
Tayfur Əliyev (Naxçıvan MR) – Şamil Əsgərov (“Neftçi” İK) – 4:1

63,5 kq
Malik Həsənov (“Neftçi” İK) – Cəlal Qurbanov (“Səbail” İK) – birinci tam üstünlüklə qalib gəlib

67 kq
Nəbi İsgəndərov (“Neftçi” İK) – İlqar Salahov (DGK İK) – 5:0

71 kq
Rəşid Həsənov (BFL) – Sərxan Əliyev (MOİK) – 5:0

75 kq
Mirşərif Kazımzadə (“Neftçi” İK) – Amin Kuşkov (DGK İK) – 4:1

80 kq
Murad Allahverdiyev (“Neftçi” İK – DİN İK) – Kamran Şahsuvarlı (“Qəbələ” İK) – 5:0

86 kq
Eldar Quliyev (“Neftçi” İK) – Surət Qarayev (“Neftçi” İK) – 4:0

92 kq
Alfonso Dominqes (METE) – Rauf Rəhimov (“Neftçi” İK) – 4:1

+92 kq
Məhəmməd Abdullayev (BFL-DGK İK) – İsmayıl Yaqubov (“Səbail” İK) – 5:0

Bütün mükafatçılar
48 kq

1. Tural Sarıyev (“Neftçi” İK)
2. Həsən Məlikov (BFL)
3. Həsənağa İbrahimli (“Səbail” İK)
3. Nihat Tağızadə (“Qızıl əlcək” İK)

51 kq
1. Məsud Yusifzadə (BFL)
2. Nicat Hüseynov (UGİM-1)
3. Tacəddin Məmmədov (DGK İK)
3. Rüfət Hüseynov (“Neftçi” İK).

54 kq
1. Ruslan Qədirov (MOİK)
2. Namiq Yarəliyev (Qəbələ)
3. Nihat Abdullayev (“Qızıl əlcək” İK)
3. Elşən Qəribov (Quba)

57 kq
1. Ümid Rüstəmov (DİN İK)
2. Əzrək Bəbirov (BFL)
3. Hüseyn Əliyev (“Səbail” İK)
3. Maqsud Xasmetov (“Neftçi” İK)

60 kq
1. Tayfur Əliyev (Naxçıvan MR)
2. Şamil Əsgərov (“Neftçi” İK)
3. Eldəniz Baxşıyev (DGK İK)
3. Ramiz Məmmədov (“Neftçi” İK)

63,5 kq
1. Malik Həsənov (“Neftçi” İK)
2. Cəlal Qurbanov (“Səbail” İK)
3. Ağacan Dərgahov (“Qara papaq” İK)
3. Kənan Abışov (Sumqayıt)

67 kq
1. Nəbi İsgəndərov (“Neftçi” İK)
2. İlqar Salahov (DGK İK)
3. Fariz Süleymanov (DGK İK)
3. Şəmsi Şahbazov (MOİK)

71 kq
1. Rəşid Həsənov (BFL)
2. Sərxan Əliyev (MOİK)
3. Niyaməddin Allahverdiyev (“Zabit” İK)
3. Nicat Qurbanov (Gəncə)

75 kq
1. Mirşərif Kazımzadə (“Neftçi” İK)
2. Amin Kuşkov (DGK İK)
3. İsmayıl Hüseynov (BFL)
3. Səbuhi Abışov (MOİK)

80 kq
1. Murad Allahverdiyev (“Neftçi” İK – DİN İK)
2. Kamran Şahsuvarlı (“Qəbələ” İK)
3. Orxan Aydəmirli (“Naxçıvan” İK)
3. Cəbrayıl Yelikov (DGK İK)

86 kq
1. Eldar Quliyev (“Neftçi” İK)
2. Surət Qarayev (“Neftçi” İK)
3. Tural Useynov (“Səbail” İK)
3. İbrahim İsmayılov (Z-1)

92 kq
1. Alfonso Dominqes (METE)
2. Rauf Rəhimov (“Neftçi” İK)
3. Rəvan Əliyev (“Neftçi” İK)
3. Tural Həsənov (Z-1)

+92 kq
1. Məhəmməd Abdullayev (BFL-DGK İK)
2. İsmayıl Yaqubov (“Səbail” İK)
3. Xəqani Abdullayev (Z-1)
3. İsa Sulxayev (Zaqatala)

Döyüş növləri
Azərbaycan boksçuları Avropa çempionatında 2 medal qazanıb

Azərbaycan boksçuları Avropa çempionatında 2 medal qazanıb

Döyüş növləri
Namiq Əliyev növbəti dəfə UWW-nin Büro üzvü seçilib

Namiq Əliyev növbəti dəfə UWW-nin Büro üzvü seçilib

Döyüş növləri
Azərbaycanın 3 boksçusu ABŞ-da beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın 3 boksçusu ABŞ-da beynəlxalq turnirdə finala yüksəlib

Döyüş növləri
Azərbaycan boksçusu dünya çempionatında ikinci qələbəsini qazanıb

Azərbaycan boksçusu dünya çempionatında ikinci qələbəsini qazanıb

Döyüş növləri
Cüdo Federasiyası rusiyalı idmançını milliləşdirib

Cüdo Federasiyası rusiyalı idmançını milliləşdirib

Döyüş növləri
Azərbaycan boksçuları İtaliyada Avropa birinciliyində iştirak edəcək

Azərbaycan boksçuları İtaliyada Avropa birinciliyində iştirak edəcək

Döyüş növləri
Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Döyüş növləri
Azərbaycan taekvondoçuları Avropa birinciliyində son 15 ilin rekordunu vurub

Azərbaycan taekvondoçuları Avropa birinciliyində son 15 ilin rekordunu vurub

Döyüş növləri
Qadın boksçular arasında növbəti dünya çempionatı Hindistanda keçiriləcək

Qadın boksçular arasında növbəti dünya çempionatı Hindistanda keçiriləcək

Döyüş növləri
Taekvondo Federasiyasında Avropa çempionları ilə görüş olub - FOTO

Taekvondo Federasiyasında Avropa çempionları ilə görüş olub - FOTO

Döyüş növləri
Taekvondo Federasiyasında qalib parataekvondoçularla görüş olub - FOTO

Taekvondo Federasiyasında qalib parataekvondoçularla görüş olub - FOTO

Döyüş növləri
FHN-in kikboksçuları turnirdə qızıl medal qazanıblar - FOTO

FHN-in kikboksçuları turnirdə qızıl medal qazanıblar - FOTO