“Sumqayıt”la sabiq məşqçisi Elnur Çodarov arasındakı məhkəmənin ilk iclası olub

“Sumqayıt”la sabiq məşqçisi Elnur Çodarov arasındakı məhkəmənin ilk iclası olub

“Sumqayıt” klubu və sabiq məşqçisi Elnur Çodarov arasında Beynəlxalq İdman Arbitaj Məhkəməsində (CAS) ilk iclas keçirilib.

Bu barədə “Report”a 42 yaşlı mütəxəssis məlumat verib.

O bildirib ki, dünən günorta saatlarında onlayn şəkildə baş tutan iclas 3 saat davam edib: “CAS hər iki tərəfə qulaq asdı. Ancaq heç bir qərara gəlmədi. Qanuna əsasən, yekun qərar bundan sonra maksimum 4 ay ərzində verilməlidir. Bu bir ay da çəkə bilər, dörd ay da. Dedilər ki, hər iki tərəfin təqdim etdiyi sənədlər yenidən araşdırılacaq və ondan sonra yekun söz deyiləcək. Yəqin ki, nəticəni elektron məktub vasitəsilə göndərəcəklər”.

Hazırda “Turan Tovuz”da baş məşqçi Ayxan Abbasovun köməkçiliyini edən Çodarov işinə ingiltərəli vəkillərin baxmasının səbəbini də izah edib. Mütəxəssis həmin vəkillərin CAS tərəfindən seçildiyini söyləyib: “Vəkil tutmaq üçün xərc çəkməlisən. Ancaq CAS-da belə bir bənd var ki, bunu qarşılamaq imkanı olmayanlara havayı vəkil təklif olunur. Əgər əlavə pul vermək gücündə olmadığını əsaslandıra bilsən, CAS bu öhdəliyi öz üzərinə götürür. Mənim maddi durumumu da götür-qoy etdikdən sonra işimi aparmaq üçün iki vəkil ayırdılar”.

E. Çodarov məhkəmədən qalib ayrılsa, 4 aylıq maaşı ilə yanaşı, əlavə xərcləri də “Sumqayıt” klubu tərəfindən qarşılanacaq: “Tələbim 4 aylıq maaşımın verilməsidir. Həmçinin, əlavə pul ödəmişəm. CAS-a müraciət eləmək əlavə xərc tələb edir. Tərcüməçi pulu, sənədlərin tərcümə olunması, yığılması üçün vəsait lazımdır. Əgər məhkəməni udsam, “Sumqayıt” 4 aylıq maaşımla bərabər, bu pulu da ödəyəcək”.

Qeyd edək ki, Elnur Çodarov 2021-ci ilin dekabrında “Sumqayıt”da istefaya göndərilən məşqçilər korpusunda yer alıb. Onun “gənclik şəhəri” təmsilçisi ilə müqaviləsinin davam etməsinə baxmayaraq, rəhbərlik birtərəfli şəkildə sözləşməyə xitam verib. AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi 2022-ci il martın 17-də onu haqlı saysa da, bununla razılaşmayan “Sumqayıt”ın şikayəti bir ay sonra AFFA-nın Apellyasiya Arbitraj Tribunalı tərəfindən təmin olunub.

Futbol
"Barselona"nın sabiq futbolçusu "Çelsi"yə keçir

"Barselona"nın sabiq futbolçusu "Çelsi"yə keçir

Futbol
"Neftçi" məhsuldar oyunlar sayında 200-ə çatıb

"Neftçi" məhsuldar oyunlar sayında 200-ə çatıb

Futbol
Şenol Günəş “Beşiktaş”ın baş məşqçisi təyin olunub

Şenol Günəş “Beşiktaş”ın baş məşqçisi təyin olunub

Futbol
Fariz Nəcəfov: “Büdcəmiz imkan verərsə, sıralarımızı bir futbolçu ilə genişləndirmək istəyirik”

Fariz Nəcəfov: “Büdcəmiz imkan verərsə, sıralarımızı bir futbolçu ilə genişləndirmək istəyirik”

Futbol
Seneqal - Niderland oyununda hesab açılıb  - YENİLƏNİB

Seneqal - Niderland oyununda hesab açılıb - YENİLƏNİB

Futbol
Millətlər Liqası: Ukrayna yığması böyük hesabla uduzub

Millətlər Liqası: Ukrayna yığması böyük hesabla uduzub

Futbol
Zaur Hacı-Məhərrəmov: "PFL-i daha yüksək səviyyəyə qaldıracağıq"

Zaur Hacı-Məhərrəmov: "PFL-i daha yüksək səviyyəyə qaldıracağıq"

Futbol
Çempionlar Liqası: Messi şəxsi rekordunu yeniləyib

Çempionlar Liqası: Messi şəxsi rekordunu yeniləyib

Futbol
"Sumqayıt"ın baş məşqçisi: "Tez qol vurmaq bizə yaxşı təsir etmədi"

"Sumqayıt"ın baş məşqçisi: "Tez qol vurmaq bizə yaxşı təsir etmədi"

Futbol
Canni De Byazi: "Bütün şanslardan istifadə etmədən təslim olmuram"

Canni De Byazi: "Bütün şanslardan istifadə etmədən təslim olmuram"

Futbol
Əfsanəvi qapıçı 6 illik fasilədən sonra Kiyev "Dinamo"suna qayıdıb

Əfsanəvi qapıçı 6 illik fasilədən sonra Kiyev "Dinamo"suna qayıdıb

Futbol
Kulinariya günündə PFL-dən sorğu: Legionerlər hansı yeməkləri sevir?

Kulinariya günündə PFL-dən sorğu: Legionerlər hansı yeməkləri sevir?