Elnur Məmmədli: "Gələcəyin olimpiya və dünya çempionlarını yetişdirmək istəyirik"

Elnur Məmmədli: "Gələcəyin olimpiya və dünya çempionlarını yetişdirmək istəyirik"

"İstəyirik ki, gələcəyin olimpiya, dünya və Avropa çempionları yetişsinlər. Rəhbərliyin məqsədi odur ki, uşaqlar, gənclər və yeniyetmələr cüdo ilə məşğul olsunlar".

"QELEBE.AZ"un məlumatına görə, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli Beynəlxalq Cüdo Federasiyasının rəsmi instaqram səhifəsinə açıqlamasında deyib.

Pekin-2008 Yay Olimpiya Oyunlarının qalibi ölkədə bu idman növünün sürətlə inkişaf etdiyini bildirib: "Loqomuz, yığma komandalara yanaşmamız dəyişilib. Bilirsiniz ki, ildən-ilə dünyada cüdo idman növündə inkişaf gedir. Biz də dəyişməliyik ki, dünya ilə ayaqlaşa bilək. Çalışırıq ki, cüdo dünyada olduğu kimi, Azərbaycanda da populyarlaşsın. Bütün regionlarda cüdo məktəbləri tikilir. Bəziləri yenidən təmir olunur. Regionlardakı idman zallarına tatamilər, cüdokilər paylanılıb".

Bu il Azərbaycanda cüdonun 50 illik yubileyinin qeyd edildiyini xatırladan ACF rəsmisi geridə qalan müddətdə iki olimpiya və bir dünya, həmçinin bir neçə Avropa çempionları və mükafatçıları olduğunu söyləyib: "Biz artıq qalib ölkəyik və bütün dünya bunu gördü. Azərbaycan cüdosu dünyada ilk "10-luq"da gedir. Bu, böyük rəqəmdir".

Məmmədli bu il həm də Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi olduğunu vurğulayıb: "Dövlət başçısı İlham Əliyev həm də MOK-un prezidentidir. Azərbaycanda idmanın inkişafı məhz oradan başlayır. Çünki həm Prezident İlham Əliyev, həm də birinci xanım Mehriban Əliyeva yarışlar vaxtı idmançılarımızın çıxışını tribunadan canlı izləyirlər. Bu, vətəndaşlar üçün böyük motivasiyadır".

Fərdi
Alfonso Dominges: “Əsas hədəfim dünya çempionu titulumu qorumaqdır” – MÜSAHİBƏ

Alfonso Dominges: “Əsas hədəfim dünya çempionu titulumu qorumaqdır” – MÜSAHİBƏ

Fərdi
Paracüdo üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb

Paracüdo üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb

Fərdi
Azərbaycanın iki cüdoçusu Avropa çempionu olub

Azərbaycanın iki cüdoçusu Avropa çempionu olub

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni karyerasını bitirməsinin səbəbini açıqlayıb

Azərbaycanın fiqurlu konkisürəni karyerasını bitirməsinin səbəbini açıqlayıb

Fərdi
Azərbaycan şahmatçısı dünya birinciliyində gümüş medal qazanıb

Azərbaycan şahmatçısı dünya birinciliyində gümüş medal qazanıb

Fərdi
Azərbaycan cüdoçuları Sloveniyada 8 medal qazanıb

Azərbaycan cüdoçuları Sloveniyada 8 medal qazanıb

Fərdi
"Nant"ın prezidenti: "Qarabağ"la ev oyununda sehrli hadisələr baş verdi"

"Nant"ın prezidenti: "Qarabağ"la ev oyununda sehrli hadisələr baş verdi"

Fərdi
Azərbaycan şahmatçısı Avropa çempionatında lideri büdrədib

Azərbaycan şahmatçısı Avropa çempionatında lideri büdrədib

Fərdi
Azərbaycanlı stolüstü tennisçi 5 qitənin ən istedadlıları sırasında yer alıb

Azərbaycanlı stolüstü tennisçi 5 qitənin ən istedadlıları sırasında yer alıb

Fərdi
AGF təmsilçiləri Avropa Gimnastikasının müxtəlif komissiyalarına üzv seçiliblər

AGF təmsilçiləri Avropa Gimnastikasının müxtəlif komissiyalarına üzv seçiliblər

Fərdi
Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Fərdi
Dünya çempionatı: Azərbaycanın sonuncu cüdoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın sonuncu cüdoçusu mübarizəyə başlayır