“Neftçi” – “Araz-Naxçıvan” matçının biletləri satışda
Misli Premyer Liqasının 27-ci turu çərçivəsində aprelin 11-i saat 20:00-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Araz-Naxçıvan” matçının biletləri satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, “VIP Silver” sektoruna biletlərin qiyməti 3, “VIP Gold” sektoruna 5, digər bütün yerlərə 1 AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.
Stadionun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

https://mail.qelebe.az//uploads/photo/neftchi-araz-naxchivan-matchinin-biletleri-satishda.webp