"Fənərbaxça"ya 100-cü dəqiqə şoku: Dramatik son
Bu gün Türkiyə Super Liqasında 23-cü tura yekun vurulub.
QELEBE.AZ xəbər verir ki, "Fənərbaxça" doğma meydanda "Kasımpaşa"nı qəbul edib.
Çempionluq yolunda vacib qarşılaşmada qalib müəyyənləşməyib: 1:1.
Ev sahibi Asensionun 95-ci dəqiqədə vurduğu qolla hesabda irəli keçsə də, Allevinah 100-cü dəqiqədə qonaqların bərabərlik qolunu vurub.
Bu nəticədən sonra "Fənərbaxça" xallarının sayını 53-ə yüksəldərək lider "Qalatasaray"la arasındakı xal fərqini 2-yə salıb.

https://mail.qelebe.az//uploads/photo/quotfenerbaxchaquotya-100-cu-deqiqe-shoku-dramatik-son.webp