A Seriyası: “İnter” 3 xalı 5 qolla qazandı, “Yuventus”dan xal itkisi
İtaliya A Seriyasında XXIV turun oyunları davam edir.
QELEBE.AZ xəbər verir ki, lider "İnter" səfərdə "Sassuolo" ilə qarşılaşıb.
Milan təmsilçisi rəqibini 5 cavabsız qolla darmadağın edib.
Günün son matçı isə Turində baş tutub. "Yuventus" azarkeşləri önündə "Latsio" ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada qalib müəyyənləşməyib. Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

https://mail.qelebe.az//uploads/photo/a-seriyasi-inter-3-xali-5-qolla-qazandi-yuventusdan-xal-itkisi.webp