“Zaqreb Open”in qalibi: “Avropa çempionu olmağın vaxtıdır” - MÜSAHİBƏ

“Zaqreb Open”in qalibi: “Avropa çempionu olmağın vaxtıdır” - MÜSAHİBƏ

Sərbəst güləş üzrə Azərbaycan millisi Xorvatiyada keçirilən “Zaqreb Open”in ilk günündə 5 medal qazanıb.

Bir qızıl, bir gümüş və üç bürünc medal əldə edən yığmanın heyətində hələlik yeganə çempion 57 kq çəki dərəcəsində mübarizə aparan Əliabbas Rzazadədir.

2022-ci ildə Budapeştdə keçirilən Avropa çempionatının gümüş mükafatçısı Zaqrebdəki turnirdə qarşılaşdığı dörd rəqibin hər birini üstələməyi bacarıb.

25 yaşlı pəhləvan “Report”a müsahibəsində həm yarışla bağlı fikirlərini bölüşüb, həm də gələcək hədəflərini açıqlayıb.

- Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində qızıl medal qazandınız. Təəssüratlarınız necədir?
- Bu qələbəyə görə çox sevincliyəm. İlk növbədə şəxsi məşqçilərimə, millinin məşqçilərinə və federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Hazırlıq zamanı bizə hər cür şərait yaradılmışdı. Zaqrebə də qızıl medal qazanmaq üçün gəlmişdim. Gərgin görüşlər oldu.

- Dörd güləşçi üzərində qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxdınız. Hansı rəqib önündə daha çox çətinlik çəkdiniz?
- İlk görüşüm çinli Vanhao Zuya qarşı oldu. Keçən il dünya çempionatında qarşılaşdığımız zaman ona son saniyələrdə məğlub olmuşdum. Buna görə də onunla güləşməyi çox istəyirdim. Püşkün nəticəsinə görə də ilk dueldə üz-üzə gəldik. Çin idmançısı üzərində rahat qələbə qazandım. Ardından 1/4 finalda komanda yoldaşım İslam Bazarqanovu 10:0 hesabı ilə üstələdim. Yarımfinaldakı rəqibim Beka Buziaşviliyə həmişə qalib gəlmişəm. Gürcüstan təmsilçisini yenə məğlub etməyi bacardım. Yaponiyalı Yuto Nişiuçi ilə final görüşüm olduqca gərgin keçdi. O, 61 kq çəkidə dünya çempionu olmuşdu. Şükürlər olsun ki, onun üzərində də qələbə qazandım.

- “Zaqreb Open”in ilk günündə sərbəst güləş üzrə Azərbaycan yığması 5 medal qazanıb. Komandanın ümumi nəticəsi sizi qane edir?
- Komanda şəklində yarışa yaxşı hazırlaşmışdıq. Qazanılan medal sayı da bunun bəhrəsidir. Millinin çıxışını yüksək dəyərləndirirəm. Hacı Əliyev 65 kq çəki dərəcəsində mübarizə aparır. Amma bu turnirdə bir çəki yuxarı – 70 kq-da yarışdı və finala qədər yüksəldi. Finalda isə hakim haqsızlığı ilə üzləşdi. Məncə, gümüş medal da yüksək göstəricidir. Komanda yoldaşlarımın çıxışından razıyam.

- Bu il sizi Avropa və dünya çempionatı kimi mötəbər yarışlar gözləyir. Bu turnirlərlə bağlı hədəfləriniz nələrdir?
- Apreldə yenə Zaqrebdə Avropa çempionatı olacaq. Bildiyiniz kimi, ötən il komanda şəklində Avropa çempionu olmuşduq. Bu dəfə medal sayı baxımından daha yaxşısını etməyə çalışacağıq. Keçənilki qitə birinciliyində gümüş medal əldə etmişdim. Düşünürəm ki, artıq Avropa çempionu olmağın vaxtıdır. Həm yaşım, həm çəkim, həm də formada olmağım qızıl medal qazanmağıma imkan verir. İlin ən əsas yarışı isə dünya çempionatı olacaq. Hansı ki, lisenziya xarakteri daşıyacaq. Builki hədəfim Avropa və dünya çempionu olmaq, Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır. Gələn il isə olimpiya çempionluğunu qarşıma məqsəd kimi qoyacağam.

- Özünüzü buna hazır sayırsınız? Çəkindiyiniz hansısa güləşçi var?
- Olimpiya çəki dərəcələri olan 57, 65 və 74 kq-da rəqabət daha güclüdür. Belə yarışlarda zəif idmançı olmur, öz ölkəsinin ən yaxşıları iştirak edirlər. Hərənin özünəməxsus güləş üslubu, taktikası var. Mən də rəqiblər arasında fərq qoymuram.

- Ötən il olduğu kimi, yığmanın bu dəfə də Avropa çempionatını komanda hesabında birinci pillədə bitirmək şansını necə görürsünüz?
- Məncə, şansımız heç də az deyil. Məqsədimiz həmin uğuru bu il təkrarlamaqdır.

Fərdi
Azərbaycan yığmasının boksçuları ölkə çempionatına qələbə ilə başlayıb

Azərbaycan yığmasının boksçuları ölkə çempionatına qələbə ilə başlayıb

Fərdi
Azərbaycanın 35 veteran cüdoçusu dünya çempionatında iştirak edəcək

Azərbaycanın 35 veteran cüdoçusu dünya çempionatında iştirak edəcək

Fərdi
Birinci vitse-prezident Mehriban Əliyeva dünya çempionu olmuş şahmatçılarımızı təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva dünya çempionu olmuş şahmatçılarımızı təbrik edib

Fərdi
İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü köpək balığı kimi hiss edirəm"

İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü köpək balığı kimi hiss edirəm"

Fərdi
Boks Paris olimpiadasının proqramından çıxarıla bilər

Boks Paris olimpiadasının proqramından çıxarıla bilər

Fərdi
Azərbaycanın qadın güləşçisi dünya çempionatında zədələnib

Azərbaycanın qadın güləşçisi dünya çempionatında zədələnib

Fərdi
"Formula 1": Komandalar yeni mövsümün təqvimindən narazı qalıblar

"Formula 1": Komandalar yeni mövsümün təqvimindən narazı qalıblar

Fərdi
Azərbaycan ağırlıqqaldıranı Türkiyədəki yarışda gümüş medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Türkiyədəki yarışda gümüş medal qazanıb

Fərdi
Azərbaycanın şahmat komandası Mahaçqaladakı turnirin qalibi olub

Azərbaycanın şahmat komandası Mahaçqaladakı turnirin qalibi olub

Fərdi
ABŞ-ın məşhur güləşçiləri Con Smit və Salli Robertson Bakıya gəlib

ABŞ-ın məşhur güləşçiləri Con Smit və Salli Robertson Bakıya gəlib

Fərdi
Avropa çempionatı: Azərbaycan millisi medal sıralamasında birinci olub

Avropa çempionatı: Azərbaycan millisi medal sıralamasında birinci olub

Fərdi
Mundiala aparılmayan olimpiya çempionu: "Federasiya bizə şərait yaratmır"

Mundiala aparılmayan olimpiya çempionu: "Federasiya bizə şərait yaratmır"