“Sumqayıt” bu gün ilk yoxlama oyununa çıxacaq
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün ilk yoxlama oyununa çıxacaq.
QELEBE.AZ xəbər verir ki, Saşa İliçin rəhbərlik etdiyi kollektiv “Paksi” ilə qarşılaşacaq. Macarlarla görüşə saat 16:00-da start veriləcək.
“Sumqayıt” Türkiyədə daha 2 yoxlama oyununa çıxacaq. Komanda yanvarın 12-də Serbiyanın OFK, 16-da isə Xorvatiyanın “Osiyek” klubu ilə üz-üzə gələcək.

https://mail.qelebe.az//uploads/photo/sumqayit-bu-gun-ilk-yoxlama-oyununa-chixacaq.webp