Millinin baş məşqçisi: "Cica Azərbaycan çempionatının bombardiri ola bilər"

Millinin baş məşqçisi: "Cica Azərbaycan çempionatının bombardiri ola bilər"

“Redon Cica Azərbaycan çempionatının bombardiri ola bilər”.

Bunu “QELEBE.AZ”a açıqlamasında AZAL-ın sabiq albaniyalı futbolçusu Ervin Bulku həmyerlisi Redon Cicanın “Qarabağ”a transferini dəyərləndirərkən deyib.

2011/2012 mövsümündə Azərbaycanda AZAL klubunun formasını geyinmiş 42 yaşlı mütəxəssis qış fasiləsində “Tirana”dan “Qarabağ”a keçən Cicanın uğurlu transfer olacağını düşünür: “Cica ildən-ilə inkişafda olan futbolçularımızdandır. Albaniya çempionatında qolçuluq bacarığını nümayiş etdirə bilib. “Qarabağ”a keçməsi gələcək karyerası baxımından önəmli addımdır. Orada vuracağı qollar sayəsində daha böyük liqalara keçid edə bilər”.

Hazırda Albaniyanın U-17 yığmasının baş məşqçisi olan Bulku hesab edir ki, 25 yaşlı forvardın Azərbaycana uyğunlaşma prosesi çətin keçməyəcək: “Bizim futbolçularımız Azərbaycana tez adaptasiya olunurlar. Redon üçün müsbət məqamlardan biri “Tirana” ilə “Qarabağ”ın bənzər oyun üslubuna malik olmalarıdır. “Qarabağ” avrokuboklarda da uğurla çıxış edən komandadır. Bu, Cica üçün özünü daha sürətli tanıtmaq baxımından yeni pəncərə olacaq”.

Qeyd edək ki, Redon Cica “Qarabağ”la 2026-cı ilin yayınadək müqavilə imzalayıb.

Futbol
Emin Mahmudov: "Millidəyiksə, hər matça qələbə üçün çıxmalıyıq"

Emin Mahmudov: "Millidəyiksə, hər matça qələbə üçün çıxmalıyıq"

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Bizim üçün həlledici matçdır"

"Olimpiakos"un baş məşqçisi: "Bizim üçün həlledici matçdır"

Futbol
Rusiya Ukrayna millisinin baş məşqçisinin futboldan kənarlaşdırılmasını istəyir

Rusiya Ukrayna millisinin baş məşqçisinin futboldan kənarlaşdırılmasını istəyir

Futbol
Avstriya – Azərbaycan matçının məkanı dəqiqləşib

Avstriya – Azərbaycan matçının məkanı dəqiqləşib

Futbol
Qurban Qurbanov: "Rəqib məğlub olmaq istəmirdi"

Qurban Qurbanov: "Rəqib məğlub olmaq istəmirdi"

Futbol
"Qarabağ"ın legioneri: "Ölkə üçün çətin dönəmdir"

"Qarabağ"ın legioneri: "Ölkə üçün çətin dönəmdir"

Futbol
Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri "Qarabağ"a dəstək olacaq

Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri "Qarabağ"a dəstək olacaq

Futbol
Harri Keyn Premyer Liqada yeni rekorda imza atıb

Harri Keyn Premyer Liqada yeni rekorda imza atıb

Futbol
“Mançester Siti” 63 illik rekordu təkrarlayıb

“Mançester Siti” 63 illik rekordu təkrarlayıb

Futbol
Ukrayna millisində baş məşqçi dəyişikliyi olacaq

Ukrayna millisində baş məşqçi dəyişikliyi olacaq

Futbol
"Nant"ın qapıçısı: "Qarabağ"la oyunda harada səhv etdiyimizi bilirik"

"Nant"ın qapıçısı: "Qarabağ"la oyunda harada səhv etdiyimizi bilirik"

Futbol
DÇ-2022: Belçika Mərakeşə uduzub

DÇ-2022: Belçika Mərakeşə uduzub