İtaliya Superkubokunun final cütü BƏLLİ OLDU

İtaliya Superkubokunun final cütü BƏLLİ OLDU

Səudiyyə Ərəbistanında keçirilən İtaliya Superkubokunun yarımfinal mərhələsində “İnter” və “Bolonya” komandaları üz-üzə gəlib.

QELEBE.AZ xəbər verir ki, gərgin mübarizə şəraitində keçən qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac yaranıb. Bu mərhələdə daha dəqiq oynayan “Bolonya” rəqibini 3:2 hesabı ilə məğlub edərək finala yüksəlib.

Qeyd edək ki, komanda həlledici görüşdə “Napoli” ilə qarşılaşacaq.